Evdən işləyənlərin DİQQƏTİNƏ! – Bunları mütləq etməlisiniz

Karantin rejimi ilə bağlı çoxumuz ev şəraitində işləyirik. Lakin diqqət etməliyik ki, evdən işləyən zaman edəcəyimiz bəzi yanlışlar bel və boyun ağrılarına səbəb olur.

Dərslər 15 sentyabra kimi təxirə salınır?

Bu gün sosial şəbəkələrdə guya Təhsil Nazirliyinə istinadən dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yalandır.

Gəncədə test nəticələri neqativ çıxan şəxslər karantinə alınır? - AÇIQLAMA/VİDEO

Gəncədə test nəticələri neqativ çıxan şəxslərin karantinə alındığına dair məlumatlar yayılıb.

Palatalar boşalır, bu, biz həkimləri çox sevindirir - Koronaviruslu xəstələri müalicə edən bakılı həkim

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın təqdim etdiyi ölkədə koronavirusla bağlı durumu əks etdirən gündəlik statistika son günlər hər birimizi sevindirir.  Aprelin 15-i üçün olan məlumata görə, 56 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu müsbət dinamika, təbii ki, həkimləri daha çox sevindirir. Sıravi vətəndaş üçün statistik rəqəmlərdəki bu müsbət dinamika sərt karantin tədbirlərinin bitməsini yaxınlaşdırırsa, həkimlər üçün sanki müharibənin bitməsi və onların cəbhədən qayıtması deməkdir.

Day.Az-ın müsahibi infeksionist həkim, Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının assistenti, tibb elmləri namizədi Samir Məmmədovdur. Hazırda o, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan növbətçi briqadanın tərkibinə daxildir.

Həkimin ilk sözləri bu oldu: "Dövlətimizin bu məsələ ilə bağlı çox operativ, qabaqlayıcı tədbirləri məndə qürur hissi doğurur. Əlbəttə, hələ də karantinin sərt tələblərinə riayət etmək istəməyənlər də var, amma bu məsəldə zaraft olmaz. Bu qabaqlayıcı tədbirlər çox zamanında həyata keçirilmişdir və vacib idi. Bugünkü statistika bir daha bunu sübut edir. İtaliyadakı faciəyə baxın, karantinə riayət etməyəndə bu hallarla rastlaşırsan".

"Bəs bu virus nə zaman yox olacaq?" sualına isə S.Məmmədov belə cavab verdi ki, virus özü-özünə yox olmayacaq, ona qarşı peyvəndin mövcud olması vacibdir: "Nə qədər ki, peyvənd tapılmayıb, virus qalacaq. Karantinin vacibliyi ondadır ki, infeksiyanın ötürülməsinin qarşısnı alır, xəstəliyə yoluxanların sayı çoxalmır, bu, tibb müəssisələrini çətin duruma sala bilər. Əsas virusun ötürülmə zəncirini qırmaqdır, ona görə peyvənd tapılana qədər bəzi tədbirləin davam etdirlməsi vacibdir - məktəblər də fəaliyyətini bərpa edə bilər, normal həyata qayıtmaq olar, lakin vətəndaşlar yenə də şəxsi gigiyena qaydalarına riayət etməli, qoruyucu vasitələrdən istifadə etməli, dezinfeksiya tədbirləri davam etdirilməlidir".

Koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan həkim ümumiyyətlə ölkədə xəstəliyi ağır keçirən şəxslərin az olduğunu qeyd edir. Onun sözlərinə görə, xəstəliyi simptomsuz keçirən şəxslər daha çoxdur. Xəstələrin daha çox hansı yaş qrupundan olduğuna gəldikdə isə S.Məmmədov onların 45-50 və yuxarı yaşlı şəxslər olduğunu qeyd etdi.

Koronavirusla mübarizə aparan həkim müsahibəsini nikbin notlarla bitirdi: "Artıq neçə gündür ki, ölkədə koronavirusa yoluxanların sayında azalma müşahidə edilir, sağalaraq xəstəxananı tərk edənlərin sayı isə artmaqdadır. Xəstələrin evə buraxılması isə belə aparılır - öncə müalicə almış şəxsdən koronavirusla bağlı test götürülür. Testin cavabının alınması təxminən 1 sutkadan bir qədər çox vaxt tələb edir. Testin cavabının mənfi çıxması, yəni koronavirusun olmadığını göstərməsi hələ heçnə demək deyil. Bundan sonra daha dəqiq nəticə üçün bir daha test götürülür və təkrar mənfi nəticə alınarsa, xəstə evə buraxılır.

Hələ bir müddət öncə bizim klinikada 140-a yaxın koronaviruslu xəstə var idi və onların yerləşdirilməsi üçün 6 mərtəbə ayrılmışdı. Artıq günbəgün onların sayı azalır, palatalar boşalır. Boşalmış palatalar, biz həkimləri çox sevindirir".

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 404 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 836 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Yeni qaydalar hazırlanır, onların əsasında yaşayacağıq - ÜST rəsmisi

“Koronavirus bir il insanların həyatından çıxmayacaq”.

Alimlər: Bu simptom koronavirusu soyuqdəymədən fərqləndirir

Azad tənəffüs fasilələri zamanı iybilmə qabiliyyətinin itməsi erkən mərhələlərdə koronavirusu təsbit edən əsas simptomdur.

Xalq artisti vəfat etdi - FOTO

Azərbaycanın məşhur aktyor və rejissoru Rafiq Əliyev vəfat edib.

Koronavirus xəstəsi sağalmaq üçün nə qədər pul xərcləməlidir? — ŞOK QİYMƏTLƏR

Dünyanı cənginə alan koronavirus infeksiyasından ölüm halları gün keçdikcə artmaqdadır. Xəstəlik səbəbindən minlərlə insan dünyanın müxtəlif ölkələrində müalicə alır.

11 yaşlı qızın eyvandan atdığı alma üç aylıq körpəni komaya saldı

Çinin Dunquan şəhərində 11 yaşlı qızın 24-cü mərtəbədə yerləşən mənzilin eyvanından atdığı alma nənəsinin qucağında yatab üç aylıq körpənin başına dəyib.

Azərbaycanda daha 56 nəfər koronavirusa yoluxdu, 53 sağaldı - RƏSMİ + VİDEO

“Bu gün Azərbaycanda 56 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb”.

20 apreldən sonra karantin rejiminin uzadılmasına ehtiyac görürük – TƏBİB RƏSMİSİ

"Epidemioloji analizlər və müşahidələrimiz əsasında biz karantin rejiminin uzadılmasının qaydalarını hazırlayıb, operativ qərargaha təqdim edəcəyik".

Koronavirusa yoluxma riski çox yüksək olan yerlər - Maskasız girmək OLMAZ

Yeni virusa-COVİD-19-a daha çox yoluxma riski olan yerlər çoxdur. Amma gündəlik olaraq insanların ən çox olduğu yerlər marketlər və apteklərdir.

Karantin mayın 5-nə qədər uzadılacaq, o zaman dərslər... – Məktəblər yayda açılacaq?

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda mart ayının 3-dən bağlanan tədris prosesininin nə zaman bərpa oluna biləcəyinə toxunarkən təhsil eksperti Kamran Əsədov deyib:

Karantin qaydalarının yumşaldılması hələ tezdir - Baş infeksionist

Saglamolun.Az Azərbaycanın baş infeksionisti Cəlal İsayevin "Qafqazinfo"ya müsahibəsini təqdim edir:

Koronavirusa yoluxub-yoluxmadığınızı bilmək üçün ayaqlarınıza baxın - Yeni əlaməti aşkarlanıb - FOTO

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya üzrə koronavirusa yoluxanların sayı 2 milyonu keçib.

Azərbaycanlı iş adamı koronavirusdan öldü - FOTO

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı iş adamı koronavirus səbəbindən vəfat edib.

Aprelin 20-sindən sonra ticarət mərkəzləri açılacaqmı?- AÇIQLAMA

Koronavirusa görə Azərbaycanda elan olunmuş karantin rejmin bitməsinə bir neçə gün qalıb. Bu gün hər kəsi Azərbaycanda aprelin 20-dən sonra iri ticarət mərkəzlərinin və digər iaşə obyektlərinin fəaliyyətinə icazə verilib-verilməyəcəyidir.

Koronavirusa yoluxan qadın koma vəziyyətində dünyaya uşaq gətirdi

ABŞ-ın Vankuver şəhərinin (Vaşinqton ştatı) 27 yaşlı sakini koronavirusdan müalicə şərçivəsində süni koma vəziyyətinə salındıqdan sonra dünyaya uşaq gətirib.

Karantin rejimi nə zaman bitəcək? - İlham Əliyev AÇIQLADI

“Bizim bundan sonrakı addımlarımız elə atılmalıdır ki, insanların sağlamlığını, onların həyatını qoruya bilək.

20 günlük karantin müddəti ilə bağlı mühüm AÇIQLAMA

Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla gedir, dövlət tərəfindən gərəkən bütün işlər görülür. Lazım gələrsə, xüsusi karantin rejimini bir az da gücləndirmək lazımdır.

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 49 yeni yoluxma

Azərbaycanda 49 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Ölkələr hansı halda məhdudiyyətləri götürə bilər? - ÜST-dən açıqlama

Hansı halda tətbiq edilən karantin rejimini aradan qaldırmaq olar?

Saat 21.00-dan sonra evlərinizi tərk etməyin - DİN-dən tövsiyə

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi karantin rejiminə riayət olunmasının vəziyyətinin təhlili və aparılmış araşdırmalar göstərir ki, hərəkətinə xidməti vəsiqə, arayış, elektron qeydiyyat əsasında icazə verilən şəxslərin əksəriyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında müəyyən olunmuş hüquqlardan sui-istifadə edərək iş vaxtı və icazə müddəti başa çatdıqdan sonra, eləcə də qeyri-iş günlərində müvafiq məhdudiyyətlərə əməl etmir, küçələrdə və avtomobil yollarında intensivliyi, eyni zamanda infeksiyanın yayılma riskini artırırlar.

Dərslərin başlanması ilə bağlı TƏHSİL NAZİRLİYİNDƏN AÇIQLAMA

"Xüsusi karantin rejimi dövründə şagirdlərin biliklərinin qiymətləndirilməsi məsələsinə fərdi yanaşma olmalıdır.

Aprelin 20-dən sonra toy və yas mərasimlərinə icazə veriləcək? - AÇIQLAMA


 
Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda koronavirusa yoluxanların sayı 40, sağalanların sayı 50 nəfər olub.

Koronavirusa asanlıqla yoluxa biləcəyiniz beş yer

Koronavirusa yoluxma ehtimalının çox olduğu potensial təhlükəli yerlər mövcuddur.

Evdən çıxmayan amerikalı qadın koronavirusa yoluxdu

ABŞ-ın Şimali Karolina ştatının sakini Reyçel Brummert üç həftə ərzində evindən çıxmamasına baxmayaraq koronavirusa yoluxub.

190 manatı almaq üçün mənə niyə sms gəlmir sualını verən vətəndaşlara RƏSMİ CAVAB +VİDEO

Bu gün hər kəsi düşündürən bir sual var. 190 manat üçün  qeydiyyatdan keçmişəm. Mənə cavab niyə gəlmir?

Koronavirusdan qorxan qadın xlordan zəhərlənib öldü

Türkiyədə koronavirusdan qorunmaq üçün evini xlorlu su ilə yuyan qadın zəhərlənərək dünyasını dəyişib.

Akademik: Koronavirus əbədi olaraq bizimlə qalacaq, heç yerə getməyəcək

Seçenov adına universitetin Mikrobiologiya, virusologiya, immunologiya üzrə kafedranın rəhbəri, akademik Vitaliy Zverev koronavirusdan qorxmağı unutmağa çağırıb.

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü, 50 yeni yoluxma - VİDEO

Azərbaycanda 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Zəmzəm suyu koronavirusun dərmanıdırmı?

Səudiyyə Ərəbistanında koronavirusa yoluxan xəstələrin müalicə olunduğu xəstəxanalarda Zəmzəm suyu paylanır.

Aprelin 20-də karantin rejimi ləğv ediləcəkmi? — AÇIQLAMA

Xəbər verdiyimiz kimi dünən Azərbaycanda koronavirusa yoluxanların sayı 40, sağalanların sayı 50 nəfər olub.

Baş infeksionist: Azərbaycanda koronavirusdan ölüm halları aşağı həddədir

 

Azərbaycanda koronavirusdan ölüm halları digər ölkələrlə müqayisədə çox aşağı həddədir.

Subcategories