İsti havada böyrəklərinizi belə qoruyun. 7 vacib MƏSLƏHƏT

İsti havada bir çox digər orqan və sistemlər kimi böyrəklər də güclü yükləmələrə məruz qalır.

Saglamolun.az bildirir ki, isti havada qan qatılaşır və bu da böyrəkləri yükləyir, böyrək xəstəliklərinin, xüsusilə böyrək daşı xəstəliyinin riskini qat-qat artırır.

İsti havada böyrəklərin sağlamlığını qorumaq üçün bu 5 sadə məsləhətə əməl edin:

1. Gün ərzində tez-tez adi təmiz su için. Buna əks-göstərişlər yoxdursa gün ərzində 2 l su için. Susuzlaşmanın ən yaxşı “göstərici”si sidiyin rəngidir. Sidiyin rəngi açıq sarı olmalıdır. Bu o deməkdir ki, orqanizm susuzlaşmadan əziyyət çəkmir. Sidiyin rəngi daim tünddürsə, mayenin qəbulunu artırın.

İçdiyiniz suya az miqdarda duz da əlavə edə bilərsiniz (1 l. suya çay qaşığının 1/4 hissəsi qədər adi duz). Duz orqanizmdə mayeni saxlayır və susuzlaşmanın qarşısını alır. Duz əlavə olunmuş suyu kondisioner olmayan yerlədə, çöldə, dənizdə, idman məşqləri zamanı için. 

2. İsti havada spirtli içkiləri içməyin. Spirtli içkilər orqanizmin güclü susuzlaşmasına səbəb olur ki, bu da böyrəklər üçün ziyanlıdır.

3. İsti havada həddindən artıq çay və qəhvə içmək də böyrəklər üçün ziyanlıdır. Bu 2 içki də orqanizmdən mayeni xaric edir və nəticədə susuzlaşmanın inkişafına səbəb olur.

4. Ətin istehlakını azaldın. İsti havada ətin həddindən artıq istehlakı böyrəklər üçün ziyanlıdır ki, bu zaman böyrəklər çox yüklənir.

5. Turşəng turşusu ilə zəngin olan məhsulların istehlakını azaldır. Bu turşu böyrəklərdə daşların əmələ gəlməsinə səbəb olur. Turşəng turşusu ilə zəngin olan məhsullar: turşəng, ispanaq, çuğundur, qoz-fındıq, şokolad, kakao, cücərdilmiş buğda. 

6. Qidalanmanızda böyrəklər üçün faydalı olan qarpız, yemiş, xiyar, kələm, kök, göyərtilər kimi məhsulların miqdarını artırın.

7. Dənizə gedəndə sahildə yaş çimərlik paltarında oturmayın, sudan çıxanda paltarınızı mütləq dəyişin. Yaş paltar və külək böyrəklərin soyuqlaması və iltihaba səbəb ola bilər.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Həcər Hüseynova

Həcər Hüseynova

Ginekologiya

Mama-ginekoloq Əmək stajı - 11 il

Ətraflı...
Vüsal Mahmudov

Vüsal Mahmudov

Travmatologiya

Travmatoloq-ortoped İş stajı - 14 il

Ətraflı...
Əminə Allahverdiyeva

Əminə Allahverdiyeva

Ginekologiya

Cərrah-ginekoloq-seksopatoloq İş stajı - 13 il

Ətraflı...

 


Яндекс.Метрика