Загрузка...

Hamiləlik və dərmanlar

Bir çox qadınların fkirinə görə, hamiləlik zamanı qəbul olunan istənilən dərmanlar hamilə qadına və dölə yalnız ziyan gətirə bilər.

Bu səbəbdən qadınlar hamiləlik zamanı hətta buna ehtiyac yarandıqda dərmanlardan imtina edirlər. Lakin bu çox səhv nöqteyi-nəzərdir. Bəzi hallarda hamiləlik zamanı müalicəyə və dərmanların qəbuluna çox ciddi zərurət yaranır ki, bu müalicə olmadan hamiləlik və hətta qadının və uşağın sağlamlığı təhlükə altına düşür.

Belə ki, biz bilirik ki, ananın orqanizminə düşən bir çox mikroblar və ziyanlı maddələr dölə keçə bilmir, çünki cift buna imkan vermir. Lakin bəzi mikroorqanizmlər (xüsusilə bu viruslara aiddir) asanlıqla bu maneəni keçir. Bəzi viruslar (sadə herpes, sitomeqalovirus, papillomavirus, qripp və s.) döl üçün çox ziyanlıdır. Onların təsiri nəticəsində dölün inkişafında ciddi pozulmalar yarana bilər, hamiləlik hətta inkişafdan qala bilər. Bütün bu fəsadlardan özünü sığortalamaq üçün qadın həkim tərəfindən təyin olunmuş xüsusi virusəleyhinə və immun sistemini stimullaşdıran preparatları qəbul etməlidir. Bu qrup preparatların bir çox hissəsi hamiləlik zamanı istifadə oluna bilər və hamiləliyə və dölün inkişafına heç bir mənfi təsir etmir.

Lakin hətta infeksiya ciftdən dölə düşə bilmədikdə, ananın xəstəliyi dölə mənfi təsir edir. Hamilə qadının sağlamlığında baş verən istənilən pozulma onun qan dövranına, sinir sisteminin, böyrəklərin, qara ciyərin, ürəyin fəaliyyətinə təsir edir. Nəticədə isə döl ona lazım olan qidalı maddələri və oksigeni lazım olan miqdarlarda almır. Oksigenin çatışmazlığı nəticəsində döldə hipoksiya inkişaf edə bilər, qidalı maddələrin defisiti isə dölün inkişafına mənfi təsir edir. Beləliklə, yalnız sağlam ana orqanizmi uşağın tam normal inkişafını təmin edə bilər. Bu səbəbdən qadın hamiləlik zamanı heç bir ona lazım olan müalicədən və dərmanlardan imtina etməməlidir.

Bəzi qadınlar onların orqanizmlərində olan xroniki pozulmalara görə həyatın sonuna kimi müəyyən dərman prepartaları qəbul etməli olurlar (qalxanvəzi vəzi xəstəlikləri, şəkərli diabet, ürək-damar xəstəlikləri və s.). Belə qadın mütləq hamiləliyi planlaşdırmalıdır, hamiləlikdən əvvəl müəyyən analizlərdən və müayinələrdən keçməlidir və lazım olduqda müalicə almalıdır. Hamiləlik zamanı onlar əksər hallarda hamiləlikdən əvvəl qəbul etdiyi dərmanların qəbulunu davam etməli olurlar (bəzi hallarda dərmanın dozası dəyişilir, bəzi hallarda bir dərman digəri ilə əvəz oluna bilər və s.). Məsələn, hipotireoz kimi pozulması olan qadın hamiləlik zamanı qalxanvari vəzi hormonlarının qəbulunu davam etməlidir. Əks halda onun özünün və dölün inkişafında ciddi pozulmalar yarana bilər. Hipertoniyadan əziyyət çəkən qadınlar da hamiləliyin ilk simptomlarında mütləq müalicə həkiminə müraciət etməlidir. Bu halda da həkim adi vaxtlarda qəbul etdiyi preparatın qəbuluna icazə verə bilər və ya lazım olduqda bu preparatı digəri ilə əvəz edə bilər.

Xroniki xəstəlikləri olan hamilə qadınlar həkimin məsləhəti olmadan adi vaxtlarda qəbul etdiyi  dərmanlardan imtina etməməli, onların dozasını azaltmamalı və ya artırmamalıdırlar. Bu onların və gələcək uşaqların səhhəti üçün çox təhlükəli ola bilər.

Hamillik zamanı qadının immun sistemi zəifləyir. Bu normal fizioloji prosesdir. Bunun nəticəsində isə qadın daha tez-tez müxtəlif soyuqdəymə xəstəliklərinə tutulur. Bu xəstəliklərin bir çox hissəsi bədən hərarətinin yüksəlməsi ilə müşayiət olunur. Hamiləlik zamanı hərarətin yüksəlməsi təhlükəli ola bilər. Hərarətin yüksəlməsi dölün qan dövranına mənfi təsir edir, uşaqlığın tonusu artır, dölyanı suların həcmi azala bilər, döldə hipoksiya inkişaf edə bilər. Bu səbəbdən hamilə qadında hərarət 37,5 C çatdıqda, onu mütləq salmaq lazımdır. İlk növbədə xalq təbabəti üsullarında istifadə etmək olar (çay moruq mürəbbəsi ilə, limonla, itburnu dəmləməsi, bol maye və s.). Bu üsullar kömək etmədikdə və hərarət daha da yüksəldikdə dərmanlardan istifadə etmək lazımdır. Adətən hamilə qadınlara tərkibində parasetamol olan hərarət salan preparatları təyin edirlər. Lakin hər halda bu və ya digər dərmanın qəbulundan əvvəl mütləq həkimlə məsləhətləşin!

Hamilə qadınların ən "qorxduğu" dərmanlardan biri antibiotiklərdir. Belə hesab olunur ki, bu preparatlar dölün inkişafını pozur. Lakin bu heç də belə deyil. Antibiotiklərin əksəriyyəti dölə heç bir mənfi təsir etmir. Yalnız hentamisin, tetrasiklin və eritromisin kimi antibiotiklər döl üçün ziyanlı sayılır və hamiləlik zamanı təyin olunmur. Digər antibakterial preparatlar təhlükəsiz sayılır. Bir çox hallarda hamiləliyin 1-ci üçaylığında həkimlər antibiotikləri təyin etmir. Lakin buna çox ciddi səbəblər olduğu halda, antibiotiklər hətta 1-ci üçaylığında hamilə qadınlara təyin oluna bilər.

Hamləlik zamanı qadınların əksəriyyətinə müxtəlif vitamin-mineral komplekslər təyin olunur. Bəzi qadınlar bu kompleksləri qəbul etmir, onlar fikirləşir ki, bütün lazım olan vitamin və mineralları qidadan almaq mümkündür. Lakin bu heç də belə deyil. Məsələ burasındadır ki, hamiləlik zamanı vitamin və minerallara olan təlabat olduqca artır və hətta ən sağlam və xeyirli qidalanma bu təlabatı ödəyə bilmir. Məsələn, hamiləlik zamanı ən vacib olan vitaminlərdən biri fol turşusudur. Lakin bu vitamin çox az məhsullarda və çox cüzi miqdarlarda olur ki, nəticədə bu vitamini lazım olan miqdarda qidadan almaq, praktiki olaraq, mümkün deyil. Bu kalsium və dəmir kimi vacib mikroelementlərə də aiddir. Digər tərəfdən insanların bir çox hissəsində bu və ya digər mədə-bağırsaq pozulmaları mövcuddur. Bu isə qəbul olunan qidadan vitamin və mikroelementlərin mənimsənilməsini çətinləşdirir.

Beləliklə, həkim tərəfindən təyin olunmuş yaxşı vitamin-mineral kompleksi hamilə qadına yalnız xeyir gətirə bilər.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 Leyli 12.06.2014 10:40
Salam. Hamileyem ve artiq 1 ay yarimdir ki kleksan iynesinden istifade edirem hekim mesleheti ile. Ancaq indi gosteriwi oxuyuram burada hamile qadinlara vurulmamasi qeyd edilib. Dayandirim bu iyneni?
#2 Administrator 12.06.2014 16:21
Bu preparat hamiləlik zamanı təyin olunur.
Allah köməyiniz olsun!
#3 turana 14.07.2014 16:37
salam,men 3 ayliq hamileyem,hekim mene novasan,novares t,aspirin cardio,bir de kurantil yazib,mence ilk 2 dermanfirma dermanidi,onlar in ziyani olmazki???aspir in kardio dermaninin instruksiyasi ise rumin dillinde oldugu ucun hecne basa dusmedim,hekim onu ve kurantili ne ucun yazib???neye xeyri var???
#4 Administrator 15.07.2014 08:53
Çox güman ki, Sizdə qan çox qatıdır. Bu isə hamiləlik üçün müəyyən təhlükə yaradır. Bu səbəbdən Sizə novasan, aspirin-kardio və kurantil təyin olunub.
Allah köməyiniz olsun!
#5 SEVINC90 14.08.2014 10:30
SALAM MEN IYUNUN 6-DA DOGUM YAPMISAM XATIRLADIM KI ILK HAMILELIYIMDIR ONDAN SONRA IYULUN 13-DE MENSTRUASIYA OLDUM INDI ISE AVQUST AYIDIR AMA HELE MENSTRUASIYA OLMURAM BU HAMILELIK OLA BILER?XAIS EDIREM QISA BIR ZAMANDA CAVABLANDIRASIZ BU CAVAB COX VACIBDIR TESEKKUR EDIREM.
#6 Administrator 15.08.2014 15:21
Bu linkə keçib sualınızı ginekoloqa verin: http://saglamolun.az/index.php/ginekologiya/1410-firuze-ceferzade.html

Загрузка...
loading...

HƏKİMLƏR

Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика