Pandemiya dövründə geyim, kosmetika, qızıl, mobil cihazların satışına dair qaydalar müəyyənləşib.
Axşam.az-ın "koronavirusinfo.az" saytına istinadən məlumatına görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.
Geyim satışı:
- Dəyişmə otaqlarından istifadə qadağandır;
Kosmetika və ətriyyat satışı:
- Nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır;
Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti:
- Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.
Mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri:
- Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.
Saglamolun.Az