Uşağın burnunun böyük olmasına səbəb analardır - DİQQƏT +VİDEO

Hər bir insanın üz cizgiləri anasının hamiləlikdə yediklərindən asılıdır.

Sağlamolun.az-ın məlumatına görə, alimlər qeyd edib ki, zülalla zəngin qidalar burun və çənəni genişləndirir.

Hamiləlik dövründə nə qədər çox protein qəbul edilərsə, 'mTORC1'(zülal sintezinə nəzarət edən zülal kompleksi) olaraq bilinən bu genlər bir o qədər aktiv olur.

İnsan üzünün əsas görünüşü valideynin genləri ilə müəyyən edilsə də, bacı-qardaşlar çox vaxt tamamilə fərqli görünürlər və bəzən “eyniyumurtalı” əkizlər bir-birinə bənzəmir. 

Bu incə fərqlərin səbəbi elm adamlarını çaşdırıb. Lakin onlar ananın yediklərinin döllərə fərqli təsir etdiyini iddia edir.

Bu iddianı isbat etmək üçün tədqiqatçılar hamilə siçanlara və balıqlara fərqli qida rasionu verib. Tədqiqatçılar onların bətnlərində mTORC1 siqnalını dəyişdirərək doğulacaq heyvanların fizioloji xüsusiyyətləri dəyişdiklərini bildirib. 

Alimlər iddia edir ki, qida rasionun ilə doğulacaq körpənin daha nazik buruna, uca boya və bədən quruluşuna təsir eləmək olar.

 

Saglamolun.Az