Загрузка...

İştahasızlıq. SƏBƏBLƏRİ VƏ HƏLL YOLLARI

İştaha latınca "appetitus" sözündən götürülüb. Anlamı arzu, istək deməkdir. Bu hissiyyat bir fizioloji mexanizm olub qidaya olan tələbatla bağlıdır və orqanizmə qida maddələrinin daxil olmasını tənzimləyir.

İştahanın artıb-azalması həzm mərkəzi, xüsusilə də hipotalamus və baş beyin qabığı tərəfindən idarə olunur. İştahanın oyanması qanda mübadilənin aralıq məhsullarının artması, onların hüceyrələr tərəfindən mənimsənilmə səviyyəsi, toxumaların susuzlaşması, boşalmış mədənin yığılması, bədən temperaturunun azalması, bir çox xarici qıcıqlandırıcıların təsiri, həmçinin şərti-reflektor fəaliyyətlə, yəni yeməyin görünüşü, qoxusu, daimi qoyulduğu yer və s. ilə bağlıdır. İştahanın tormozlanması isə yemək aktı zamanı mədə divarının qida məhsulları ilə dartılması, yeyilmiş məhsulların həzmi, həzm olnumuşların qana sorulması, hormonal fonun dəyişməsi vaxtı baş verir. İştahanın azalması "anoreksiya", patoloji artması isə "bulimiya" adlanır.

Çox zaman insanlar iştahanın az olmasından şikayət edirlər. İlk öncə müalicəyə başlamazdan əvvəl iştahanın azalma səbəbləri araşdırılmalıdır, bunun üçün həkimə müraciət edilməlidir. İştahanın azalması əsasən müəyyən xəstəliklərlə bağlı ola bilir – həzm traktının patologiyaları, onkoloji xəstəliklər, depressiya və stress halları, müxtəlif psixi pozulmalar, virus mənşəli infeksion xəstəliklər, alkoqol və siqaretdən sui-istifadə, antibiotik və təzyiq əleyhinə qəbul edilən dərman preparatları və s.

Sizə iştahanı artıran reseptləri təqdim edirik.

Qoz, bal və limon

Uzun illər bal iştahaartırıcı vasitə kimi tətbiq edilmişdir. Uşağın iştahasını bərpa etmək üçün ona hər gün 1 çay qaşığı bal vermək kifayətdir. Zamanla veridiyiniz balı artıra bilərsiniz.

- 0,5 kq qoz, 300 qr bal, 4 ədəd limonun şirəsi və 100 ml aloye şirəsi qarışdırılıb yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə 1 çay qaşığı daxilə qəbul edilir.

- 1 ədəd limon əvvəlcə suda saxlanıb isladılır, bundan sonra blenderdən keçirilib üzərinə bir qədər şəkər tozu əlavə edilir. Gündə 1 dəfə yeməkdən əvvəl 1/2  xörək qaşığı daxilə qəbul edilir.

Günəbaxan çiçəkləri və çəmən yoncası

- 1 xörək qaşığı günəbaxan çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edilib gündə 3 dəfə 1/2 xörək qaşığı içilir.

- Çəmən yoncasının hamaşçiçəkləri 500 ml araqla birgə 5-6 dəqiqə müddətinə zəif odun üzərində bişirilir. Bundan sonra soyudulub süzülür, alınmış məhluldan gündə 4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.

Cövhərlər

- Jenşenin kökü və kökümsovundan hazırlanmış cövhərdən 25 damcı 1/3 stəkan suya əlavə edilib gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir.

- Kəcəvərdən əldə edilmiş cövhər gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1/4 stəkan daxilə qəbul edilir.

Bitki dəmləmələri

- 2 xörək qaşığı bədrəncin üzərinə 2 stəkan qaynar su əlavə edilib 4 saat müddətinə dəmə qoyulur, alınmış dəmləmə süzülüb gündə 4 dəfə yeməkdən əvvəl 1/2 stəkan daxilə qəbul edilir.

- Bir neçə xörək qaşığı göyçiçək çiçəkləri 2 xörək qaşığı qaynar su ilə qarışdırılıb dəmlənilir, bundan sonra alınmış dəmləmə 3 yerə bölünərək gün ərzində yeməkdən əvvəl içilir.

- Xırdalanmış bağayarpağı yarpağının üzərinə 1 stəkan qaynar su əlavə edilib 20 dəqiqə müddətinə dəmlənilir. Alınmış dəmləmə gündə 3-4 dəfə yeməkdən əvvəl içilir.

- 2 xörək qaşığı yatıqqanqal bitkisinin üzərinə 2 stəkan qaynar su əlavə edilib 35 dəqiqə müddətinə dəmə qoyulur, süzüldükdən sonra gündə 4 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.

- 10 qr acı yovşan bitkisinin üzərinə 200 qr qaynar su əlavə edilib dəmlənilir. Alınmış dəmləmə gündə 3 dəfə yeməkdən əvvəl 15-20 damcı daxilə qəbul edilir.

- 1 xörək qaşığı zəncirotu kökü, hərəsindən 2 xörək qaşığı olmaqla acı yovşan otu və boymadərən bitkiləri qarışdırılır, qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə tam dolu olmayan 1 stəkan qaynar su əlavə edilir. 20 dəqiqə dəmlədikdən sonra süzülüb hər gün 4 saatdan bir yeməkdən əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.

Tərəvəzlər

- Hər gün 4 ədəd kök və 1 dəstə vəzəri şirəçəkəndən keçirilib alınan miqdar qədər su ilə durulaşdırılır. Bu qarışım yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.

Məsləhətlər

- Gün ərzində ədviyyatlı çay içməyə çalışın, xüsusilə də zəncəfilli və itburnulu çayı iştahanı artırır.

- Aktiv həyat tərzi keçirməyə çalışın. Pis vərdişləri özünüzdən uzaqlaşdırın.

- Gün ərzində çalışın ki, çoxlu maye, adi su qəbul edəsiniz.

- Turş dadlı meyvə və giləmeyvələrə üstünlük verməyə çalışın. Sevdiyiniz hər hansı bir yeməyi az porsiyalarda tez-tez yeyin.

- Yediyiniz yeməyin xarici görünüşünə önəm verib onu hər dəfə müxtəlif formalarda bəzəyin.

Zümrüd Rəhimova,

Həkim-terapevt

Mənbə: "Herba Flora" jurnalı

 


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика