QİDA YARIŞLARININ FƏSADLARI

Böyük Britaniyanın Devon qraflığında olan fitnes məşqçisi Ris Çedfild “Cattlemans Steakhouse”-da 2 kiloqramlıq ət, kartof və soğan halqalarından ibarət 6 000 kalorilik porsiyanı cəmi 36 dəqiqəyə bitirib. Bu ağır porsiyadan sonra özünü yaxşı hiss etdiyini desə də, ertəsi gün səhər şiddətli qarın ağrısı, qusma və halsızlıq başlayıb.
Buna baxmayaraq, Ris axşam 2,5 kq-lıq balıq və fri porsiyası ilə növbəti “çelenc”ə girişib. Yürüşdən sonra vəziyyəti daha da pisləşib, gecə boyunca qarın şişkinliyi və yüksək hərarətdən əziyyət çəkib. Dostları onun rənginin solduğunu görüb xəstəxanaya aparıb. Həkimlər mədədə böyük miqdarda həzm olunmamış qida aşkar edərək onu rehidratasiya edib.
Dörd saatlıq müalicədən sonra gənc evə buraxılıb və həmin axşam 38 ədəd toyuq naqqetsi və böyük porsiya fri yeyib. Hadisə sosial şəbəkədə müzakirələrə səbəb olsa da, Ris bunun ona dərs olduğunu, lakin qida yarışlarını tam dayandırmaq niyyətində olmadığını bildirib.
Saglamolun.Az



















