Загрузка...

Dəm qazı ilə zəhərlənmə zamanı ilk yardım

Əfsuslar olsun ki, dəm qazı ilə zəhərlənmə yaşadığımız dövrdə tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir. Bu bədbəxtlikdən qurtulmaq üçün ilk növbədə bütün yollarla onun qarşısını almaq lazımdır.

Bunun üçün isə evlərdə təhlükəli qaz sobalarından istifadə etməmək, qaz kolonkası yanarkən uşağı uzun müddət hamam otağında tək qoymamaq və s. bu kimi qoruyucu tədbirlər yerinə yetirilməlidir!

 

Bəs dəm qazı ilə zəhərlənməni necə müəyyən etmək olar? Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar az miqdarda dəm qazından hətta həyatlarını itirə bilərlər!

Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım:

- zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə);

- əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq;

- ona yarıoturaq (!) vəziyyət vermək (ağ ciyər ödeminin qarşısını almaq üçün);

- zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq;

- əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa dərhal reanimasiya tədbirlərinə başlayın (bax, “Ürəyin xarici masajı” və “Süni tənəffüs”).

Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi dərhal “təcili yardım” çağırmaq lazımdır! Hətta sizin fikrinizcə, zərərçəkəni vəziyyətdən çıxardığınıza əmin olsanız da, heç bir halda “təcili yardım” çağırışını ləğv etməyin!


Saglamolun.Az

.....

.
.

Şərhlər  

#1 ismayil 06.01.2013 11:41
dem qazi nece yaranir?
#2 Administrator 06.01.2013 17:09
Hörmətli İsmayıl bəy!
Dəm qazı (və ya karbon oksidi) oksigen çatmadıqda yanma prosesi zamanı yaranır. Bu evin ventilyasiya sistemi pis işlədikdə, qaz sobası düzgün quraşdırılmadıq da və s. hallarda mümkündür.
#3 Ferid 26.03.2013 11:40
dem qazi ile zeherlenende zeherlenene ne icirdirler bes cay yoxsa meyve siresi
#4 Administrator 26.03.2013 14:10
Hörmətli Fərid bəy!
Tünd çay vermək lazımdır.
#5 Ranar 10.04.2013 09:58
yarioturag veziyyet nece olur? mumkun obiri megalelerde sekil yerlesdirmisini z (meselen;suni teneffusde) bes bunda niye sekil goymamisiniz.se killerle olanda lap ela olur.mumkun olsa xahis edirik megaleleri sekillerle yerlesdirin
#6 super oglan 05.05.2013 09:28
çox yaxşıdı mənə bu lazım idi

HƏKİMLƏR

Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика