Menstrual dövr - VIDEO

Hər menstrual dövrün əvvəlində hipofiz follikulstimullaşdırıcı hormon (FSH) ifraz edir.

Bu hormonun təsirindən yumurtalıqda 1 (bəzən 2-3) follikul yetişməyə başlayır. Bu zaman yumurtalıq digər hormonu estrogeni ifraz etməyə başlayır ki, bu hormonun təsirindən follikul böyüyür.

Menstrual dövrünün təxminən ortalarında hipofiz lyuteyinləşdirici hormon (LH) ifraz edir. Bu hormonun təsirindən yumurtalığın divarı yırtılır və yumurta hüceyrəsi follikuldan çıxaraq uşaqlıq borusuna düşür. Buna "ovulyasiya" deyilir. Yumurtalıqda qalmış follikulun qişalarından "sarı cisim" formalaşır.

Mayalanma baş verdikdə sarı cisim böyüyür və hamiləliyin əsas hormonu olan proqesteronu ifraz edir. Bunun nəticəsində uşaqlığın selikli qişası qalınlaşır. Mayalanma baş tutmadıqda, yumurta hüceyrəsi məhv olur, sarı cisim tədricən yox olur, uşaqlığın qalınlaşmış selikli qişası uşaqlığın divarlarından qoparaq menstruasiya qanaxması ilə xaric olur.

 

Saglamolun.Az