"Hər bir şəxs sidiyə çıxarkən onun rənginə mütləq fikir verməlidir. Əgər sidiyiniz sarı rəngdədirsə, hər şey tamamilə normaldır. Bu günlük maye qəbulundan aslı olara biraz açıq və ya tünd rəngdə ola bilər".
Bu sözləri "Baku City Hospital"ın uroloq-androloqu Mirhikmət Qiyasov Sağlamolun.az-a danışarkən deyib.
O bildirib ki, sidiyin rəngi qırmızı olarsa, təcili olaraq uroloqa müraciət etmək lazımdır:
"Çünki sidikdə qan olmuş ola bilər. Bu əgər az miqdardadısa, sidiyin rəngi qırmızı olur, daha ciddi qanamadırsa, bu zaman sidikdə qan laxtaları da müşahidə olunur. Bu da o deməkdir ki, artıq böyrəkdə və ya sidik axarında hansısa problem var".
Həkim qeyd edib ki, sidikdə qan müxtəlif səbəblərdən ola bilər:
"Bura iltahabi xəstəliklər, sidik çıxarıcı yolların travması və digər səbəblər daxildir. Bizi ən çox narahat edən problem isə böyrək və sidik axarının onkoloji problemləridir. Bu zaman da ən çox gördüyümüz problem sidikdə qanın görünməsidir. Erkən diaqnostika həyat qurtarır deyə, əgər, sizin də sidiyinizdə qan varsa, təcili şəkildə həkimə müraciət edin".
Həkimlə əlaqə saxlamaq üçün 050 662 69 92 mobil nömrəsinə zəng edin!
Saglamolun.Az