İnsultun qarşısını alan ən əlçatan vasitə

İldən ilə bütün dünyada insult və infarktdan ölən insanların sayı artır.

Həmçinin mütəxəssislər bu pozulmaların xeyli cavanlaşdığını da qeyd edir.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, Ohayo Universiteti (ABŞ) alimləri insultun riskini azaldan çox sadə və əlçatan vasitə aşkar edib. Onların müşahidələrinə görə, gün şüaları ürək-damar sistemini möhkəmləndirir, mümkün olan pozulmalardan qoruyur, insult və infarktın riskini azaldır.

Araşdırma göstərib ki, gün ərzində yalnız 15 dəqiqə ərzində çöldə günün altında olmaq ürək-damar sisteminin vəziyyətini xeyli yaxşılaşdırır.  

Alimlərin fikrinə görə, orqanizmdə gün şüaları təsirindən sintez olunan D vitamininin çatışmazlığı damarların daxili qatını əmələ gətirən hüceyrələrin zədələnməsinə səbəb olur ki, nəticədə bu ürək-damar sistemində müxtəlif xəstəliklərin inkişafına səbəb olur.

Həmçinin D vitamini orqanizmdə azot oksidinin lazim olan səviyyədə saxlanılmasına kömək edir. Azot oksidinin defisiti insultun inkişafına səbəb ola bilər.

Beləliklə, alimlərin fikrinə görə orqanizmdə təbii olaraq əmələ gələn D vitamini ürək və damarların bərpası üçün ən əlçatan vasitədir.   

Bundan əvvəl Yaponiya alimləri tərəfindən aparılmış araşdırmalar göstərib ki, isti vanna qəbul etmək də insultun qarşısın almağa kömək edir.

Saglamolun.Az



loading...

.