Загрузка...

Uşaqlarda kəskin leykoz

Bu, onkoloji xəstəlik olub qan sisteminin əsas orqanı olan sümük iliyinin zədələnməsi ilə xarakterizə olunur. Sümük iliyinin gənc hüceyrələri naməlum səbəblər üzündən sona qədər inkişaf etməyərək

sümük iliyində toplanır, qan axını ilə bütün orqanizm boyu müxtəlif orqanlara yayılaraq onların böyüməsinə səbəb olur.

Sümük iliyində isə bu natamam inkişaf etmiş hüceyrələr sağlam hüceyrələri sıxışdıraraq onları əvəz edirlər. İnkişaf etməmiş hüceyrələr qanyaratma funksiyasını tam şəkildə yerinə yetirə bilmədikləri üçün qan dövranına öz funksiyasını tam şəkildə yerinə yetirə bilməyən, inkişaf etməmiş eritrositlər, leykositlər, trombositlər daxil olurlar.

Leykoz yoluxucu və irsi xəstəlik deyil. Leykoz ilə xəstələnmiş valideynlərdən tam sağlam uşaqlar doğula bilər. Əksinə olaraq, tam sağlam olan valideynlərin övladlarında leykoz xəstəliyi inkişaf edə bilər.

Leykoz ilə əsasən məktəbəqədər yaş qrupundan olan uşaqlar xəstələnirlər. Az hallarda 1 yaşadək olan və 10 yaşından artıq olan uşaqlarda da bu xəstəliyə təsadüf edilir.

Leykoz tədricən inkişaf edir. Xəstəliyin başlanğıcından onun ilk əlamətlərinin meydana çıxmasına qədər 1,5-2 aydan az vaxt keçmir.

Diqqətli valideynlər bu zaman öz uşaqlarının davranışında müəyyən dəyişikliklərə diqqət yetirə bilərlər. O tez yorulur, yeməkdən imtina edir, pis oxuyur, oyunlara olan marağını itirir, daha tez-tez soyuqdəymə və infeksion xəstəliklərə yoluxur. Sonra uşağın ayaqlarında və onurğa sütununda ağrı meydana çıxır, onun dərisi avazıyır, bədənində göyərmiş sahələr qeyd edilir, qaraciyər, dalaq və limfa düyünləri böyümüş olur. Qanda hemoqlobin, eritrositlər, trombositlər azalır, EÇS (eritrositlərin çökmə sürəti) kəskin şəkildə artır. Qanda tam yetkin olmayan hüceyrələr (blastlar) aşkar edilir ki, onlar kəskin leykozun mütləq əlamətlərindən hesab olunur. Sağlam adamın qanında normal halda belə hüceyrələrə təsadüf edilmir. Bu halda diaqnozu dəqiqləşdirmək üçün sümük iliyinin punksiyasını etmək tələb olunur.

Halhazırda uşaqlarda leykoz xəstəliyi xüsusi dərman preparatları vasitəsi ilə müvəffəqiyyətlə müalicə olunur. Kurs müalicəsi uzunmüddətli olub həm valideynlərdən və həm də uşaqdan böyük diqqət və təmkin tələb edir.

Dərmanla müalicə effektsiz olduğu halda sümük iliyi köçürülməsi əməliyyatına əl atırlar. Sümük iliyi köçürülməsi üçün donor (xəstə ilə bir çox parametrlərinə görə uyğun gələn sağlam şəxs) tələb olunur.

Bu əməliyyat donorun sağlamlığı üçün təhlükəsizdir. Xəstəyə uyğun gələn donoru, adətən, doğma qardaş və bacılar arasında axtarırlar. Müasir azuşaqlı ailələrdə (ailədə bir ya iki uşaq olur) donor tapmaq o qədər də asan olmur. Təəssüf olsun ki, sümük iliyi köçürülməsi üçün valideynlər çox təsadüfi hallarda öz uşaqları ilə tam uyğunluq təşkil edirlər. Donor axtarılması üçün ümumdünya məlumat bankı mövcuddur.

Sümük iliyinin köçürülməsi əməliyyatı bir çox xəstələrin həyatını xilas etməyə imkan yaratmışdır. Sümük iliyinin köçürülməsi yalnız leykoz xəstəliyinin müalicəsində deyil, hipoplastik anemiyalar, müxtəlif növ immun çatışmazlıqları, talassemiya və digər xəstəliklərdə də istifadə edilir. Bu əməliyyat hər bir halda yalnız medikamentoz müalicə effektsiz olduqda tətbiq edilir.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 Elcan Safarov 19.12.2012 11:21
Salam hekim.Zahmat olmaza mana leykositin yuxari gostericisi barede deyardiz.Manim oglum 1 yaw 8 ayliqdi analiz virdik cavabinda leykositin gostericisi cox yuxari 17,8 cixdi.15 gunden coxdu yemak yemaya hali yoxdu.Qizdirmad a 38-da awagi duwmur.Cox xaiw edirem Sizden mana komek edin.
#2 Administrator 19.12.2012 13:31
Hörmətli Elcan bəy!
Leykositlərinin yüksəlməsinin səbəbləri müxtəlif ola bilər - infeksion xəstəliklər, irinli-iltihabi proseslər, kəskin leykoz və s.
İlk növbədə uşağınızı pediatr müayinə etməlidir. Müayinədən sonra pediatr uşağı digər həkimlərin müayinələrinə göndərə bilər. Vaxt itirməyin, bu təhlükəli ola bilər!
Allah şəfa versin!

.

HƏKİMLƏR

Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика