Загрузка...

Köməkçi reproduktiv texnologiyaları

Əfsuslar olsun ki, bir çox hallarda, ailə cütlüyü uzun müddət ərzində sonsuzluqdan müalicə olunmalarına baxmayaraq, arzu olunan hamiləlik əldə olunmur.

Digər tərəfdən, elə hallar da olur ki, ailə cütlüyündə olan bu və ya digər patologiya və ya xəstəlik halları (qadında - uşaqlığın, yumurtalıqların, uşaqlıq borularının olmaması və ya hər hansı bir xəstəlik səbəbindən hamiləliyi daşıya bilməməsi və sairə; kişidə - toxum mayesində spermatozoidlərin heç olmaması, cinsiyyət üzvünün quruluşunda qüsurun olması, xayaların olmaması və ya onların xəstə olması və s.) onlara uşaqlarının olmasına imkan vermir. Yaxın keçmişə qədər belə ailə cütlükləri heç bir zaman uşaqlarının olmaması ilə barışmalı olurdular. Hal-hazırda isə çoxsaylı köməkçi reproduktiv üsullar işlənib hazırlanmışdır ki, onların köməkliyi ilə belə cütlüklərə də öz uşaqları olmasına imkan yaradılır.

 

Konkret üsulun seçilməsi isə cütlük üzvlərində sonsuzluğa səbəb olan faktorlardan asılı olaraq hər bir halda həkim tərəfindən müəyyən edilir.

Bütün (surroqat analıqdan başqa) köməkçi reproduktiv üsulların tətbiq edilməsinə qarşı olan əks-göstərişlər aşağıdakılardır:

- hamiləliyin olmasına əks göstəriş olan xəstəliklər zamanı;

- uşaqlığın olmaması və ya onun strukturunda olan anomaliyalar nəticəsində hamiləliyin baş verməsi mümkün olmadıqda;

- istənilən qadın cinsi orqanında olan xərçəng xəstəliyində;

- endometriyanın polipləri və hiperplaziyaları;

- uşaqlığın cərrahi müdaxilə tələb edən xoşxassəli şişləri;

- orqanizmin istənilən kəskin iltihabi xəstəlikləri.

Əksər hallarda həkimə müraciət edən cütlüklərdə süni mayalanma yolu ilə doğulan uşaqların tam yararlı olub-olmaması barədə suallar yaranır. Statisik məlumatlara əsasən, süni mayalanma yolu ilə doğulan uşaqların sağlamlığında olan anadangəlmə patoloji pozğunluqların sayı, təbii yolla doğulan uşaqların sağlamlığında olan anadangəlmə patoloji pozğunluqların sayından artıq olmur.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Leyla Məmmədli

Leyla Məmmədli

Ginekologiya

Mama-ginekoloq İş stajı - 11 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика