Mətbəxə niyə getdiyinizi unudursunuz? – SƏBƏBİ BUDUR

Müasir dünyada “unutmaq epidemiyası” mövcuddur. Əksər insanlar yaddaş problemindən əziyyət çəkirlər.

21-ci əsrdə həyatımızı stresssiz təsəvvür etmək mümkün deyil. Ancaq stress müəyyən bir nöqtədən sonra unutqanlığa səbəb ola bilər. Bəzən mətbəxə su içməyə gedəndə belə nə edəcəyimizi unudub qonaq otağına qayıdırıq.

"İndi mən nə edəcəkdim?" İş yerində tamamlamağa çalışdığınız bir layihədə ilişib qalmısınız, vaxt daralır, bundan sonra nə edəcəyinizi bilmirsiniz.

Stress idarəolunmaz həddə çatdıqda çox zərərli hesab edilir. Bu zaman bədəndə ifraz olunan kortizol hormonu immunitet sistemini zəiflədir. Aparılan araşdırmalar sübut edib ki, davamlı stressin unutqanlıqla böyük əlaqəsi var. Mütəxəssislərin fikrincə, stress zamanı sinir sistemi həyəcan vəziyyətinə keçir və diqqət çatışmazlığı meydana gəlir.

Stressi aradan qaldırmaq üçün nə etməli?

20 DƏQİQƏLİK GÜLMƏLİ VİDEO

2014-cü ildə Ayova Universiteti tərəfindən aparılan araşdırmaya görə, yüksək kortizol ifraz edən siçanların müəyyən yaşdan sonra yaddaşı zəifləyir. Mütəxəssislər çox gərgin anlarda 20 dəqiqəlik gülməli videoya baxmağı tövsiyə edirlər. Bu yaddaşın bərpası üçün təsirlidir.

Təbii ki, unutqanlığın tək səbəbi stress deyil. Harvard Universitetinin sağlamlıq nəşrinə görə, uşaq vaxtı evinə getdiyin nənənin mətbəxinin formasını xatırlamaq, yazdığın telefon nömrəsini xatırlamaqla eyni deyil. Yaddaş əsasən “qısamüddətli” və “uzunmüddətli” olaraq iki yerə bölünür.

Nümunə verək: Maşını idarə edərkən sağ zolağın boş olub-olmamasına baxırsan və siqnal verməyi yaddan çıxarırsan, siqnal verməklə zolaqları dəyişirsən, bu zolağı dəyişdikdən sonra siqnal məlumatından ayrılırsan. Çünki artıq o məlumatlara ehtiyacınız yoxdur. Bu, qısamüddətli yaddaşdan istifadə nümunəsidir.

Sevinc Hüseynova 

 

 

Saglamolun.Az