Koronavirusdan sonra orqanizmi necə bərpa etməli? Tanınmış həkimdən TÖVSİYƏLƏR - VİDEO

Koronavirusdan sağalan insanların əksəriyyəti özünü uzun müddət, hətta aylar ərzində pis hiss edir, əvvəlki həyata qayıda bilmirlər. Saglamolun.az bildirir ki, bu haqda tanınmış ukraynalı pediatr Yevgeni Komarovskiy öz youtube kanalında danışıb.

Mütəxəssis bildirib ki, hazırda həkimlər də bunu təsdiq edir və xüsusi “postkovid” və “uzun kovid” terminindən istifadə edirlər. Koronavirus infeksiyası qrip və digər respirator infeksiyalardan fərqli olaraq orqanizmdə çox ciddi pozulmalara səbəb olur. Belə ki, koronavirus damarları zədələyir, beyinin hüceyrələrinin tələf olmasına səbəb olur, ürək, böyrəklər, qaraciyərin toxumasında ciddi fəsadlar yaradır.

Postkovid özünü öskürək, təngənəfəslik kimi simptomlarla büruzə verir, insan hətta yüngül fiziki işdən sonra təngənəfəs olur, boğulur. Lakin pulsoksimetr bu zaman normal nəticə göstərir.

Digər yayılmış simptom güclü ümumi zəiflik, süstlükdür. İnsan adi fiziki işlə məşğul ola bilmir, çox tez yorulur.

Növbəti fəsadlar arasında: yuxusuzluq, beyinin fəaliyyətində ləngimə, yaddaşsızlıq, iy və dadbilmənin olmaması və qoxu hallüsinasiyalarıdır (olmayan qoxuları duymaq və s.).

Komarovskiy bildirib ki, koronavirusu yalnız nəfəsalma sistemi infeksiyası kimi qiymətləndirmək səhvdir. Bu virus ilk növbədə damar və sinir sistemini zələdələyir. Məhz bu səbəbdən orqanizm koronavirusdan sonra çox uzun müddət ərzində bərpa olunur və bunun üçün aylar və hətta illər tələb oluna bilər.

Həkim qeyd edib ki, ağır koronavirusdan sonra xəstələrin 2/3 hissəsi psixiki pozulmalardan əziyyət çəkin və bu insanların 20%-i intihara meylli olur. Bu səbəbdən ailə üzvləri koviddən sağalmış insana qarşı daha diqqətli olmalı, ona yardım etməlidir.

Nəfəsalma sistemini daha tez bərpa etmək üçün havada gəzmək, daha çox maye qəbul etmək, adi nəfəsalma gimnastikasını etmək lazımdır. Evin havasını tez-tez dəyişmək və nəmləndirmək lazımdır ki, selikli qişalar qurumasın.

Komarovskiy bildirib ki, koronavirusdan sonra insan özünü zəif hiss edirsə belə, fiziki yükləmələr tam imtina etmək olmaz. Bu bərpa prosesini sürətləndirəcək. Adi piyada gəzintilər çox faydalıdır. Bu həm nəfəsalma sistemi, həm də sinir sisteminin daha tez bərpası üçün çox faydalıdır.

Həkim beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırmaq üçün adi məşğələləri tövsiyə edir – məsələn, “a” hərifindən başlayan 50 söz yazmaq, uşaqlara dərslərdə kömək etmək və s.

Saglamolun.Az