Ailədə ərlə-arvad arasındakı konfliktlər

Ailə konfliktləri subyektlərin münasibətlərindən asılı olaraq: ərlə-arvad, valideyn və uşaqlar, ər-arvad və onların valideynləri, nənələr, babalar və nəticələr arasında baş verir.

Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfiliktlər esas rol oynayır. Bu da əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən baş verir. Belə konfliktlərin əsas səbəblərindən aşağıdakılar daha tez-tez özünü göstərir:

- ərlə-arvadın seksual-psixi uyğunsuzluğu;

- öz ”məni”nin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik; 
- müsbət emosiyalara olan tələbatın ödənilməməsi: diqqət, başa düşmək, yumşaq münasibət və s;
- subyektlərdən birinin (ər və ya arvadın) öz tələbatlarının ödənilməsinə daha çox tələbkar olması (içkiyə, narkotiklərə meyil, özünə daha çox vəsait xərcləməsi və s)
- ailə təsərrüfatı, uşaqların tərbiyəsinə, öz valideynlərinə bir-birinin tələbatlarının başa düşülməməsi və s.
- istirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi.

Bunlardan başqa ailə konfliktlərinə başqa faktorlar da təsir edir. Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər. Bunlar hansılardır?

Ailə həyatının birinci ili – bu dövr ərlə-arvadın bir-birinə uyğunlaşması dövrüdür. Bu iki ”mən”in birləşib bir ”biz” olmasıdır. Bu zaman hisslər inkişaf edir, bir-birinə sevgi, məhəbbətin soyuması, subyektlərin həyatda olduğu kimi qavranılması başlayır. Bu zaman kəbinlərin 30%-i dağılır.

İkinci böhranlı dövr – uşaqların anadan olması ilə bağlıdır. Hələlik tam möhkəmlənməmiş “biz” sistemi ciddi imtahanla qarşılaşır. Bu zaman baş verən konfiliktlərin əsasını nə təşkil edir?

- Ərlə-arvadın peşə-ixtisasartırma imkanları pisləşir.
- Uşağa xidmətlə əlaqədar qadın yorğunluğu - bu zaman onun seksual fəallığının azalması.
- Uşaqların tərbiyəsinə ərlə-arvadın münasibətlərinin üst-üstə düşməməsi.

Üçüncü böhranlı dövr – ərlə-arvadın birlikdə yaşamasının orta illərinə təsadüf edir. Bu zaman konfliktlərin oxşarlığı, cansıxıcılığına təsadüf olunur. Subyektlərin bir-birindən doyması baş verir. Hisslərdə yenilik olmur. Bu dövrü hətta duyğu və hisslərin aclıq dövrü də adlandırırlar.

Sevda Xəlilova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Pcc.az

Saglamolun.Az



loading...