Böyük Britaniya onkoloqları xəbərdarlıq edir ki, sidiyin “portağal” rəngində olması mədəaltı vəzi xərçənginin inkişafına işarə edə bilər.
Saglamolun.az Express-ə istinadla bildirir ki, ən təhlükəli xərçəng növlərindən olan mədəaltı vəzi xərçəngi ilkin mərhələlərdə əksər hallarda özünü heç bir simptomla büruzə vermir.
İlk simptomlardan biri yeməkdən sonra və ya uzanaq vəziyətdə əmələ gələn bel və ya qarın nahiyəsində ağrılar və “portağal” rəngində sidik.
Mədəaltı vəzi xərçənginin digər simptomları:
- Bağırsaqların fəaliyyətində dəyişikliklər (ishal və qəbizliyin növbələşməsi)
- Səbəbsiz qızıdırma və titrəmə
- Qarının yuxarı hissəsində ağrılar və diskomfort
- Nəcisdə qan
Həmçinin mütəxəssislər qeyd edir ki, şəkərli diabetin inkişafı da insanda mədəaltı vəzi xərçənginə işarə edən ilk simptomlardan biri kimi meydana çıxa bilər.
Sidiyin narincı rəngi böyrək xəstəlikləri və iltihablarına də işarə edə bilər
Saglamolun.Az