NADİR RAST GƏLİNƏN XƏSTƏLİYƏ TUTULDU
ABŞ-da yaşayan 60 yaşlı kişi, süni intellekt əsasında fəaliyyət göstərən ChatGPT-dən aldığı səhv məsləhət nəticəsində nadir rast gəlinən xəstəliyə — bromizmə tutulub.
Kişi, adi duzun (natrium xlorid) sağlamlığa zərərli olduğunu örgənərək, daha sağlam alternativ üçün ChatGPT-yə "duzu nə ilə əvəz etmək olar?" sualını verib. Lakin chatbot ona, əlavə izah və xəbərdarlıq olmadan təhlükəli maddə tövsiyə edib. Kişi 3 ay ərzində gündəlik duz ehtiyacını tamamilə natrium bromidlə əvəz edib. Bununla da, onda ağır nevroloji və psixiatrik simptomlar inkişaf edib. Nəticədə o, psixiatriya klinikasına yerləşdirilib. Hazırda xəstə müalicə alır və vəziyyəti tədricən yaxşılaşır.
Qeyd edək ki, Natrium bromid — qida üçün nəzərdə tutulmayan, əsasən baytarlıqda istifadə olunan maddədir. Uzunmüddətli qəbulu orqanizmdə yığılıb qalaraq sinir sistemi pozuntuları, halüsinasiyalar, paranoya və psixomotor həyəcan yarada bilir.
Saglamolun.Az