Çaytikanı və baldan hazırlanmış çay ən yaxşı antidepresandır. Alimlər bunu sübut etdilər və biz də təsdiq edirik. Çaytikanı güclü iltihab əleyhinə təsir göstərir. Həm də çox, çox dadlıdır!
Sağlamolun.az çaytikanı və baldan hazırlanan şəfalı çayı təqdim edir:
Tərkibi:
- 150 q çaytikanı,
- 2 x qaşığı qara çay,
- 2 x qaşığı bal,
- 500 ml su.
Hazırlanması:
Çaytikanı giləmeyvələrini yaxşıca yuyun və 2/3-ni qaşıqla püre halına salın. Çaydana püreni, qalan giləmeyvə və qara çay qoyun. Üzərinə qaynar su tökün, sarın və 10-15 dəqiqə dəmləyin. Hazır çayı dadmaq üçün bal əlavə edərək süzgəcdən keçirin. Bu içkini qara çay əlavə etmədən də hazırlaya bilərsiniz.
Saglamolun.Az