Prostat vəzinin əsas vəzifəsi xüsusi tərkibli sekret (şirə) ifraz etməkdir.
Bu şirə spermanı nisbətən durulaşdıraraq spermatozoidlərin həyat qabiliyyətini və hərəkətliliyini təmin edir. Bu şirənin tərkibində zülallar, karbohidratlar, yağlar, elektrolitlər və hormonlar olur. Bundan əlavə prostat vəzi əsas kişi hormonu olan testosteronun hazırlanmasında da iştirak edir, həmçinin normal ereksiya mexanizminin fəaliyyətini təmin edir. Həkimlər tez-tez prostat vəzini "kişinin ikinci ürəyi" adlandırırlar.
Prostat vəzi xəstəlikləri kişilər arasında çox yayılmış xəstəliklərdir. Bu xəstəliklər arasında çox ciddi və vaxtında müalicə olunmadıqda çox ağır fəsadlar verən xəstəliklər var.
Aşağıdakı suallara cavab verib siz prostat vəzinizin sağlamlığı haqda məlumat ala bilərsiniz. Bu bütün dünyada qəbul olunmuş testdir.
Nəticəni qiymətləndirin:
0 - sizin prostat vəzininz tam sağlamdır
1-7 ball - prostat vəzinizdə yüngül pozulmalar var (uroloqa müraciət edin)
8-19 ball - prostat vəzinizdə orta pozulmalar var (uroloqa müraciət edin)
20-35 ball - prostat vəzinizdə ağır pozulmalar var (uroloqa müraciət edin)
Saglamolun.Az