Təbiətdə yer alan elə bir bitki yoxdur ki, dərdlərə dərman olmasın. Müalicəvi xüsusiyyətləri ilə seçilən bitkilərdən biri də heyvanların qida mənbəyi kimi tanıdığımız yoncadır. Yoncanın gülləri xalq təbabətində müxtəlif xəstəliklər zamanı çox geniş istifadə olunur.
Sağlamolun.az yoncadan hazırlaya biləcəyiniz çarələri və hazırlanma qaydasını təqdim edir:
Sistit, bronxit, soyuqdəymə zamanı:
250 ml qaynar suya 1 xörək qaşığı yonca çiçəyi tökün və 15 dəqiqə qaynadın. Hazır olduqdan sonra içə bilərsiniz.
İmmuniteti yaxşılaşdırmaq üçün:
45 gün ərzində gündə üç dəfə 1 stəkan yonca çiçəyi çayı için.
Yaraların, yanıqların, dermatitlərin sağalması üçün:
250 ml qaynar suya 2 çay qaşığı yonca çiçəyi tökün. Su qoyuyana kimi buraxın. Daha sonra pambığı isladıb dərinizi silin.
Saglamolun.Az