Загрузка...

Xərçəngin müxtəlif növlərinin profilaktikası

Ağciyər xərçənginin profilaktikası: ağciyər xərçənginin profilaktikasının ən effektiv metodu tütünçəkmədən imtinadır.

Tütünçəkməni tərgitməyin qoruyucu (profilaktik) effekti tütünçəkmənin müddətindən və intensivliyindən, həmçinin tütünçəkmənin tərgidilməsindan keçən vaxtdan asılıdır. Tütünçəkməni tərgidəndən 10 il sonra ağciyər xərçəngindən ölüm riski 30-50% aşağı düşür. Beləliklə, ağciyər xərçənginin ilkin profilaktikasında ən effektiv vasitə tütünlə mübarizədir. Asbest və radonla əlaqənin istisna edilməsi, meyvə və tərəvəzlərin çox istifadə edilməsi də ağciyər xərçəngi riskini aşağı salır.

Kolorektal xərçəngin profilaktikası: kolorektal xərçəngin ilkin profilaktikasının təsirli tədbirlərinə tütündən imtina, müntəzəm fiziki aktivlik, heyvan yağlarının az istifadəsi və müntəzəm skrininq aid edilir. Kolorektal xərçəngin müntəzəm kütləvi skrininqi və sonrakı kolonoskopiya və adenomatoz poliplərin götürülməsi ilkin profilaktika tədbirlərinə aiddir və kolorektal xərçəng riskini 66-80% aşağı salmağa imkan verir.

Mədə xərçənginin profilaktikası: mədə xərçəngin ilkin profilaktikası tədbirlərinə meyvə-tərəvəzlərin və bütöv dənli bitkilərin çox istifadəsi, duzlu və konservləşdirilmiş qidanın qəbulunu azaldılması, ərzaqların düzgün saxlanması, tütünçəkmədən imtina və qastroezofageal reflyüks xəstəliyinin müalicəsi aid edilir.

Süd vəzi xərçənginin profilaktikası: spirtli içkilərin azaldılması, fiziki aktivliyin təmin edilməsi, düzgün qidalanma və normal çəkinin saxlanması süd vəzi xərçənginin inkişaf riskini aşağı salır. Hətta gündə 30 dəqiqə müntəzəm fiziki aktivlik kifayətdir ki, süd vəzi xərçəngi riskini 35% azaltsın. Minimum 6 ay müddətində döşlə əmizdirməni seçən qadınlar süd vəzi xərçənginin inkişaf riskini aşağı salmış olur. Menopauzadan sonra əvəzedici hormon terapiyasının istifadəsi (kombinə olunmuş və ya yalnız estrogen tərkibli) süd vəzi xərçənginin inkişafı riskini artırır.

Süd vəzi xərçənginə qarşı mübarizədə əsas hədəflərdən biri onun erkən aşkar edilməsidir. Erkən aşkar edilmənin tövsiyə edilən strategiyaları erkən əlamət və simptomları müəyyən etməkdə məlumatlı olmağı təmin etmək, özünü müayinə etmək və süd vəzinin müntəzəm olaraq həkim tərəfindən klinik müayinəsidir.

Süd vəzinin özünü müayinə texnikası döş xərçəngi profilaktikasının əsas tərkib hissəsidir. Süd vəzi xərçəngi xəstəliyinin profilaktikasının effektivliyinin artırılması üçün süd vəzinin müayinəsi hər ay menstrual tsiklin 6-cı və 12-ci günü aparılır. Yaşı 45-dən yuxarı olan qadınlarda hər il mammoqrafiyanın aparılması süd vəzi xərçənginin erkən diaqnostikasının əsas elementlərindən biridir və əksər ölkələrdə skrininqin əsasını təşkil edir.

Uşaqlıq boynu xərçənginin profilaktikası: ÜST uşaqlıq boynu xərçənginin profilaktikası və onunla mübarizədə kompleks yanaşma tətbiq etməyi tövsiyə edir. Tövsiyə edilən tədbirlərə maariflənmə, vaksinasiya və skrininq kimi komponentlər daxildir. İlkin profilaktika 9-13 yaşlı qızlarda cinsi həyat başlayana qədər İnsan Papilloma virusuna (İPV) qarşı vaksinasiyadan başlayır. 21 yaşından başlayaraq, cinsi aktivliyi olan qadınlar ilkin olaraq hər il və daha sonra 2-3 ildən bir patoloji servikal hüceyrələrin və xərçəngönü patoloji ocaqların erkən aşkar edilməsi məqsədilə Papanikolau yaxması və ya uşaqlıq boynundan yaxma ilə skrininqdən keçməlidirlər.

Saglamliq.isim.az


Saglamolun.Az

.
Загрузка...
.

loading...
.

HƏKİMLƏR

Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика