Загрузка...

Ağıl dişləri haqqında 4 VACİB MƏLUMAT

Ağıl dişləri ağız və diş sağlamlığı mövzusunda ən əhəmiyyətli mövzulardan biridir.

Digər bütün dişlər kimi insan ağızında doğru mövqe aldığında ana dişlərlə eyni vəzifəsni görə bilən və dişləmək funksiyasına ciddi qatqıda ola bilən dişlərdir.

70 YAŞINDA BELƏ ÇIXA BİLƏR

Ağıl dişlərinin erkən çıxma səbəbləri arasında genetik faktorlar ola bilər. Ağıl dişi 16 yaşında da çıxa biləcəyi kimi, 70 yaşında total protez istifadə edən bir adamda belə ağıl dişinin olduğu görülmüşdür.

AĞIL DİŞİNİN ÇIXDIĞINI NECƏ ANLAYARSINIZ?

Deyerler.org bildirir ki, insan ağızında, çənənin hər iki tərəfində iştirak edən sıralı 3 böyük azı dişi olar. 3 böyük azı dişlərinin ən sonundakı ağıl dişidir. Hər ağızda 4 dənə ağıl dişi olar. Ən doğru üsul bir diş həkimində müayinə olmaqdır. Əgər çənənin arxa tərəfində bir təzyiq, çənəni açma və bağlama əsnasında bir ağrı və çətinlik hissiyyatı meydana gəlirsə, bir diş həkiminə müraciət etməkdə fayda var. Diş həkimi dişin doğru mövqedə çıxıb çıxmadığını, ağıl dişinin çənəyə görə böyüklüyünü və çənə darlığı kimi vəziyyətləri qiymətləndirərək tətbiq olunması lazım olan müalicə üsulunu təyin edir.

AĞIL DİŞLƏRİN FAYDASI VARMI?

Çürük olmayıb, mövqe pozuntusu yoxdursa və ağızda bütün ağıl dişləri mövcuddursa, qısaca dişləmək funksiyasının qarşısındakı diş ilə reallaşdıracaq bir vəziyyətdə isə, qətiliklə dişləmək funksiyası baxımından ağıl dişləri faydalıdır.

AĞIL DİŞLƏRİ HANSI PROBLEMLƏRƏ SƏBƏB OLA BİLƏR?

Ağıl dişləri çənə darlığı kimi vəziyyətlərdə tam olaraq çıxa bilməyəndə və fırçalamanın doğru bir şəkildə edilmədiyi hallarda, dişlərin ətrafındakı diş ətinin iltihablanması ilə xarakterizə edilə bilər.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика