Böyük əmgəyin kiçik olması təhlükəlidirmi?

Əmgəyin kiçik olması  proqnostik  cəhətdən  əsas  meyar  deyil.  Əsas başın ölçüsünün hər ay norma hüdudunda artmasıdır.

Körpə anadan olarkən onun başı bir qədər deformasiyalı, kəllə sümükləri asimmetrik olur, başın bir tərəfində şişlər nəzərə çarpır. Bu doğuş zamanı körpənin baş hissəsinin məruz qaldığı mexaniki təsirin nəticəsidir.

Əmgəklər elastik və çox qalın toxuma qatı, üzərindən isə dəri qatı ilə örtülüdür. Ön (böyük) əmgək rombşəkilli olub, zamanla kiçilir və  6-18- cı ay arasında  bağlanır. Əmgəyin ölçüləri  1-4 sm arasında dəyişə bilər.

Vaxtından əvvəl doğulanların əksəriyyətində kiçik əmgək 4-8 həftəsinə kimi açıq qalır, körpənin həyatının 2-3-cü aylarında bağlanır. Böyük əmgəyin çox erkən və ya çox gec bağlanması normal hal sayılmır. Lakin, əmgəyin kiçik olması proqnostik cəhətdən əsas meyar deyil.

Bəzən əmgəyin ölçüsü bu rəqəmlərdən bir qədər də böyük və ya balaca, tez və ya gec bağlana bilər.

Əmgək bağlandı, daha körpənin başı böyüməyəcəkdir fikri də doğru deyildir. Çünki baş, başı təşkil edən sümüklər arasında olan tikişlər vasitəsilə böyüməyə davam edir.

Egər uşağın baş ölçüsünün normaya uyğundursa və hər ay başın dairəsi norma hüdudunda artırsa, narahatlığa gərək yoxdur. Əgər başın dairəsində artım normaya uyğun deyilsə, uşağın fiziki və sinir- psixi inkişafı qiymətləndirilməli, laborator və ya neyrosonoqrafiya nəticələr araşdırılmalıdır. Əgər nəticələr normaldırsa, hər hansı bir müalicəyə ehtiyac yoxdur.

Əmgəyi “kiçik” olan körpələrdə “D” vitamininin kəsilməsi doğru deyil. Profilaktik olaraq kiçik dozada verilən “D” vitamininin əmgəyin erkən bağlanmasına səbəb olması mümkün deyil.

Nurəngiz Hacıyeva

Pediatr, Tibb üzrə fəlsəfə doktoru

 

 

.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика