Nəyə görə kişilərə tualetdə çox oturmaq olmaz? - Alimlərdən xəbərdarlıq

Qəbizlikdən əziyyət çəkməyən sağlam insan tualetdə normada 3-5 dəqiqə vaxt sərf etməlidir. Lakin müasir insanlar tualetdə lazım olandan çox vaxt keçirir, unitazda yerini rahatlayıb, telefonda yazışır, oyun oynayır, internetə girir, siqaret çəkir - hansı ki, tualet icad olunandan bu kimi işlər üçün nəzərdə tutulmayıb.

Amma burada problem tualetdə itirilən vaxtdan yox, uzun müddət unitazda oturmaqla orqanizmə zərərdən getməlidir.

Medicina.az bildirir ki, alimlər tədqiqatların nəticəsi olaraq sübut edib ki, unitazda 15 dəqiqədən artıq oturan insanlarda aşağıdakı problemlər ola bilər:

1. Babasil, düz bağırsaq sallanması. Uzun müddət unitazda oturduqda, kiçik çanaq orqanı və bağırsaq ətrafı venalarda qan durğunluğu yaranır. Onlar genişlənir, tutulur, nəticədə babasil düyünləri yarana bilər.

Eləcə də bu vəziyyət bağırsağın sallanmasına səbəb ola bilər.

2. Oturaq sinirin sıxılması. 15-20 dəqiqə unitazda oturan kişi və qadınlarda yarana bilən spesifiki problemdir.

3. Kişilərdə prostatit. Unitazda uzun müddət oturmaq kişilər üçün xüsusilə həssas məsələdir. Bu vərdiş prostatit yaradıb, sonda impotensiya ilə nəticələnə bilər.

4. Sonsuzluq. Tualetdə çox oturduqda kişilərin xayalığında venalar genişlənir, bu da sonsuzluğa səbəb ola bilər.

5. Varikoz və limfostaz. Bu vəziyyətdə qan və limfa damarları sıxılır ki, nəticədə damarların sağlamlığı pozulur. Bu isə öz növbəsində varikoz xəstəliyinə və limfostaza səbəb ola bilər.

5. Qəbizlik. Uzun müddət unitazda oturan insanda düz bağırsağın innervasiyası pozulur ki, nəticədə defekasiyaya çağırış baş vermir. Bu isə qəbizliyin inkişafına səbəb ola bilər.

Proktoloqların fikrinə görə, qəbizlik kimi problemin kütləvi şəkildə yayılmasının səbəbi məhz unitazın icadıdır. "Kənd" tualetindən istifadə edən insanlarda bu problemə daha az rast gəlinir. Mütəxəssislər qəbizlikdən əziyyət çəkənlərə ayaqları altına kiçik skamya qoymağı tövsiyə edirlər ki, bu vəziyətdə bağırsaq daha tez və asan boşalır.  

Bəs qəbizliyi olanlar nə etsin?

Onlar unitazda oturarkən, ayaqlarının altına bir qədər hündür taxta və ya əşya qoysunlar, bu zaman tualetdə çox vaxt itirməzlər.

Mütəxəssislər qəbizlikdən əziyyət çəkənlərə 5 dəqiqədən çox unitazda oturmağı tövsiyə etmirlər ki, bu xəstənin vəziyyətini daha da ağırlaşdırır, babasil, bağırsaq çatı, bağırsaq sallanması kimi pozulmaların riskini artırır. Pəhriz, idman, mayenin qəbulu, lazım olduqda dərman preparatların köməyi ilə bağırsaqların asan boşalmasına nail olmaq lazımdır.  

Saglamolun.Az




loading...

QARACİYƏRİN 3 SADİQ DOSTU. Bunlar hər gün masanızda olmalıdır!

HƏKİMLƏR

Azər Şamilov

Azər Şamilov

Dermatologiya

Dermatoloq-kosmetoloq İş stajı: 14 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Günay Əsədova

Günay Əsədova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 14 il

Ətraflı...

 


Яндекс.Метрика