Uroloq-androloq Mirhikmət Qiyasov açıqlayır.
Kanadalı alimlər maqnitlə idarə olunan mikrobotdan istifadə etməklə böyrək daşlarından qurtulmağı təklif edir.
Yeni icad 12 mm uzunluğundadır və hidrojel-elastomer qarışığından hazırlanmış yumşaq ip şəklindədir.
Laboratoriya sınaqlarında mikrobot beş gün ərzində daşların çəkisini orta hesabla 30% azaldıb. Təsiri isə üç aya qədər davam edib.
Ölkəmizdə fəaliyyət göstərən mütəxəssislər bu metpoda haqqında nəı düşünür? Sualımızı uroloq-androloq Mirhikmət Qiyasovdan cavablayıb.
Robot kateter vasitəsilə sidik kisəsinə daxil edilir və sonra xarici maqnit manipulyatoru ilə hərəkət etdirilir. İp bükülərək sidik yolları boyunca daşlara doğru hərəkət edir. Hədəfə çatdıqdan sonra prototip xarici maqnitlə bərkidilir və bir neçə gün ərzində ureaza ifraz edir. Bu ferment sidiyin turşuluğunu azaldır, nəticədə daş tədricən əriyir və təbii şəkildə çıxır. Robot özü də maye ilə birlikdə bədəni tərk edir.
Saglamolun.Az