Загрузка...

Yenidoğulmuşlarda mastit xəstəliyi

Bir qayda olaraq, bütün yenidoğulmuşlarda (həm qız, həm oğlanlarda) həyatin ilk iki həftəsində süd vəzilərinin fizioloji qalınlaşması baş verir.

Bu, ana hormonlarının (estroqen və proqesteronun) cift və ya ana südü vasitəsilə uşağın qanına düşməsi ilə əlaqədardır.

Süd vəziləri bir və ya ikitərəflı olaraq böyüyür və bərkiyir, üzərində qızartı qeyd edilir, bəzən onlardan südə bənzər maye də ifraz oluna bilər. Uşaq narahat olmağa başlayır, bəzən hərarətin yüksəlməsi baş verir.

Valideynlər bundan qorxmamalı və heç bir halda uşağın süd vəzilərindən bu mayeni sıxıb çıxartmamalıdırlar. Bu halda süd vəzisinə infeksiya düşə bilər və nəticədə irinli mastit inkişaf edə bilər.

Mastitin müalicəsinə ilkin əlamətlər aşkar edilən vaxtdan başlamaq lazımdır. Əks halda irinli infeksiya şəklində ağırlaşma baş verə bilər. Bu zaman körpənin süd vəzisində kəsiklər aparılaraq, orada yığılan irin xaric edilir.

Yenidoğulmuşlarda mastit xəstəliyi baş verdikdə valideynləri (xüsusilə qız övladı olduqda) uşağın gələcəyi çox narahat edir. Belə halda narahatçılığa heç bir əsas olmamalıdır. Çünki aparılan kəsiklər süd vəzisinin gələcək fəaliyyətini pozmur. Belə ki, körpəlikdə kəsik aparılması ilə mastit keçirən qız uşağı gələcəkdə ana olduqda öz körpələrini rahatlıqla əmizdirə biləcək.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 Reqsane 22.04.2012 07:05
salam ushaqimiz 15 gundu anadan olub geceler narahat olur ara vermeden aqlayir ve ozun sixir ve yatmir sebebinide bilmirik.ana sudu ile qidalanir kop dermanida veririk xeyri olmur.gunduzler geceye baxande biraz yaxshidi az incidir.mumkuns e aciqlama vererdiz onceden teshekkur edirem
#2 Administrator 23.04.2012 15:36
Hörmətli oxucumuz!
Ola bilsin ki, köpə qarşı olan dərman uşağa təsir etmir. "Espumizan" damcıları yaxşı effekt verir.
Bu dərman effekt verməsə pediatr həkimi ilə məsləhətləşin.
Allah övladınızı saxlasın!
#3 Nigar 17.05.2012 18:05
Kope gore 4/1 hisse komuru 200 ml suda qariwdirmaq,yem eksen qabaq usaga vermek 1 c.q.men duz 2 ayina kimi elemiwem,tebbi ki,hekim meslehet bilib.birde. Nane demliyib verirdim.sud verdiyime gore nane,ramaska icirdim.hetda itburnuda icmek xeyirdi.dermani da cox vermek olmaz ,usaqda o,dermana oyrewir soram jec komekde elemir.eger kopu cox olsa yemek yemese en yaxwi usul komur vermekdi
#4 ELNUR 03.02.2013 19:53
BIZLERE GOSTERDIYINIZ BILGILERE GORE TESEKKURLER:
#5 zöhrab 02.09.2013 03:21
salam menim qizim 6ayliqdi 1dösunun altinda balaca yumru vez var.el vuranda yerinde hereket edi.kamfra yagi ile kampres edirem.bu qorxulu seydi
#6 Administrator 02.09.2013 10:23
Hörmətli oxucumuz!
Cərraha müraciət edin.
Allah şəfa versin!

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика