Pis bədən qoxusunu yox edən təbii vasitələr

Bəzən hətta yaxşı gigiyena pis bədən qoxusundan xilas etmir.

Pis bədən qoxusu ilə mübarizədə müxtəlif dezodorant, antiperspirant, xüsusi ayaq spreyləri və s. vasitələr istifadə olunur. Lakin bir çox təbii vasitələr də bu işdə yaxşı kömək edir. Həmçinin bu vasitələr ucuz və tam ziyansızdır.  

Saglamolun.az sizə belə təbii vasitələri təqdim edir:

1. Alma sirkəsi

Alma sirkəsi dəriyə yaxşı antiseptik təsir edir. Bu əsl təbii dezodorantdır. Sirkəyə pambıq batırıb qollarınızın altına, ayaqlara çəkin və 10-15 dəqiqədən sonra yuyun.

Həmçinin alma sirkəsi göbələk əleyhinə də təsir edir. Bir çox hallarda məhz göbələk pis ayaq qoxusuna səbəb olur.

2. Soda

Dərini quru saxlayır, mikrobların və göbələklərin artmasının qarşısını alır.

Adi talk ("prisipka") kimi dəriyə (ayaq pəncələrinə, ayaq barmaqları arasına, qoltuğaltı nahiyələrə) səpin.

3. Limon

Limon dilimlərini dəriyə sürtün, quruyanda su ilə yuyun.

4. Çay

Çay büzücü maddələrlə zəngindir. Bu maddələr tərləməni azaldır. Artıq qalan çay dəmində pambıq disklərini isladın və problemli zonalara çəkin.

Saglamolun.Az




 

 

 


Яндекс.Метрика