PASİYENT ÖLÜB
Özbəkistanın Fərqanə vilayətində baş vermiş faciəvi hadisə nəticəsində, xəstəyə səhv diaqnoz qoyaraq sağlam ayağını amputasiya edən həkim məhkəmə tərəfindən məsuliyyətə cəlb olunub.
Məlumata görə, Adinahən İsomitdinova adlı qadın xəstəxanaya yerləşdirilib. Onda II tip şəkərli diabetin ağır forması, sol ayağın diz altı amputasiyası sonrası vəziyyət, diz oynağında sınıq və digər ciddi tibbi problemlər qeydə alınıb. Lakin keçirilən cərrahi əməliyyat zamanı Abdubannap Madalimov ciddi səhvə yol verib. Həkim xəstə olan ayaq əvəzinə qadının sağ – tamamilə sağlam ayağını bud nahiyəsindən amputasiya edib. Daha sonra, vəziyyəti ağırlaşan pasiyentin sol ayağı da amputasiya olunub. İki ciddi əməliyyatdan və sağlam ayağın itirilməsindən sonra Adinahən İsomitdinova vəfat edib.
Keçirilən məhkəmə prosesində həkim peşə borcunu lazımınca yerinə yetirməməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. O, eyni zamanda rəhbər və həkim vəzifələrini tutmaq hüququndan məhrum olunub.
Bundan əlavə, məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxsdən mərhum qadının qanuni nümayəndəsinin xeyrinə 4 000 manata yaxın maddi və 11 000 manata yaxın mənəvi təzminat tutulub.
Saglamolun.Az