Günəş xərçəngindən qorunma yolları


ALİMLƏR NƏYİ TÖVSİYƏ EDİR?
Son illər günəş şüalarının dəriyə mənfi təsirləri ilə bağlı elmi araşdırmaların sayı artıb. Alimlər "günəş xərçəngi" kimi tanınan dəri xərçəngi növünün, xüsusilə ultrabənövşəyi (UV) şüalara uzun müddət məruz qalmaqla birbaşa əlaqəli olduğunu bildirirlər. Dünya Səhiyyə Təşkilatının (DST) 2023-cü il hesabatında qeyd olunur ki, dəri xərçənginə yoluxma hallarının 80%-dən çoxu günəşin zərərli UVB və UVA şüalarına məruz qalma ilə bağlıdır.
Harvard Tibb Məktəbinin dermatoloqları tərəfindən aparılan tədqiqatda sübut olunub ki, günəş altında çox vaxt keçirmək dəridə hüceyrə mutasiyalarına səbəb olur. Bu isə əsasən bazal hüceyrəli, yastı hüceyrəli və melanom tipli dəri xərçəngi riskini artırır. Xüsusilə açıq dərili insanlar və uşaqlar daha həssas qrup hesab olunur.
Alimlərin tövsiyə etdiyi 3 əsas günəşdən qorunma üsulu var. Birincisi günəş kremlərindən istifadə, ikincisi isə11:00-dan 16:00-a qədər birbaşa günəşdən uzaq durmaqddır. Bundan əlavə üçüncü vacib şərt geyimləri doğru seçməkdir. Sydney Universitetinin araşdırmalarına əsasən, uzunqollu, sıx toxunmuş parçalardan hazırlanan geyimlər və geniş kənarlı papaqlar UV şüalarının dəriyə təsirini azaldır. UV qoruyuculu geyimlər də son illərdə təsdiqlənmiş effektiv müdafiə üsuludur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, günəşdən düzgün qorunmaq təkcə estetik deyil, eyni zamanda həyati əhəmiyyət daşıyan sağlamlıq məsələsidir.

Saglamolun.Az