Загрузка...

Panik atak xəstəlik deyil, əlamətdir

Həyəcan, qorxu, təşviş, stress və gərginlik kimi anlar hər kəsin qarşılaşa biləcəyi hallardır, amma həmin hallar dəfələrlə təkrarlananda insan psixologiyasına mənfi təsir edir.

Hər kəs orta hesabla ömrünün 2,2 ilini əsəb gərginliyi şəraitində keçirir. Bunun nəticəsində isə müasir psixologiyada panik atak adlanan hal yaranır.

AZƏRTAC xəbər verir ki, psixoterapevt Əli Nağıyevin dediyinə görə, panik atak xəstəlik yox, əlamətdir:” Həmin əlamət zamanı birdən-birə əllər soyuqlaşır, ürəkdə döyünmə hissi çoxalır, bədəni soyuq tər basır və ən pisi odur ki, ölüm qorxusu yaranır. Sağlam adamda da panik atak təhlükəsi yarana bilər. Depressiyalı xəstələrdə panik atak təhlükəsi daha çox olur. Panik atakdan şikayət edənlərdə heç bir patologiya aşkar edilmir və çox vaxt həmin nəticələrə inanmayaraq başqa həkimə üz tuturlar. Bununla yanaşı, panik pozuntu adlanan nevroz forması da var, yəni hər an panikaya düşəcəyini gözləyirsən, başqa sözlə, panikadan panika yaranır. Bu, daha çox müxtəlif fobiyalar zamanı baş verir”.

Həkim-psixoterapevtin dediyinə görə, həmin hallar zamanı təşvişə düşmək lazım deyil:“Panik atak baş verəndə sakit və rahat yerdə oturmaq lazımdır. Həmin vaxt başını hündür yerə söykəyib uzanmaq da olar. Yaxın və doğma adamların əhatəsində olmaq daha yaxşıdır. Lakin ən başlıcası əmin olmaq lazımdır ki, bu hal tezliklə ötüb keçəcək. Həmin hal ötüşəndən sonra psixoterapevtə müraciət etmək lazımdır”.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Zülfiyyə İbrahimova

Zülfiyyə İbrahimova

Nevrologiya

Nevropatoloq, Pediatr, EEQ İş stajı - 22 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика