Damarlarda xolesterin və trombları əritmək üçün necə qidalanmaq lazımdır?

Tromb, onun qopması, fəsadları, hətta ölümə səbəb olması barədə çoxları məlumatlıdır.

Saglamolun.Az e-tibb.az-a istinadən bildirir ki, alimlər hansı qidaların bunun qarşısını almağa kömək edəcəyini açıqlayıblar.

Qan damarında, ürək boşluğunda yaranan laxta qan zaman keçdikcə damarın tıxanmasına səbəb ola bilər. Nəticəd damarda qan axını pozulur və bu, işemik infarktla nəticələnə bilir. Trombozun qarşısının alınmasına hələ gənc yaşlarda başlamaq məsləhət görülür.

Effektli müalicə üsulları arasında qan laxtalanmasını azaldan və ürək əzələlərini gücləndirən müntəzəm fiziki aktivlik də var. Bundan əlavə, doymuş yağ qəbulunu məhdudlaşdırmaq və qidalanmaya diqqət etmək lazımdır.

Mütəxəssislər qan laxtalanmasının qarşısını almaq üşün bir neçə məhsulun adını xüsusilə çəkirlər. Hesab olunur ki, limon bu mənada çox faydalıdır, çünki tərkibindəki turşu bədəndəki kiçik qan laxtalarını əridir.

Daha faydalı olması üçün həftədə bir limonu şəkərsiz yemək lazımdır.

Damar cavanlığının qorunmasında başqa bir köməkçi çuğundur sayılır. Barts və London Tibb Məktəbinin alimləri sübut ediblər ki, çuğundur şirəsi və ondan hazirlanmış qidalar qan təzyiqini normallaşdırır və infarkt, insult riskini əhəmiyyətli dərəcədə azaldır.

Alimlər, sarımsağı qan damarlarının tıxanmasına qarşı mübarizədə təsirli bir vasitə adlandırıblar. Sarımsaq hətta xolesterol ərplərini, duz artıqlarını həll etməyə qadirdir.

Xüsusi bir effekt üçün altı limonun şirəsinə bir baş sarımsaq əlavə etməklə qarışıq da hazırlamaq olar. Bu qarışıq mütamadi qəbul olunsa, yuxarıda qeyd etdiyimiz problemlə qarşılaşmarıq!

Saglamolun.Az