RƏNGLƏRİN PSİXİKAYA TƏSİRİ
İsveçrədə maraqlı təcrübə aparılıb. Bir qrup tədqiqatçı, həbsxanalarda kameraları müxtəlif rənglərə boyayıb, məhbusları ora yerləşdirərək, onlara nəzarət etməyə başlayıb.
Mütəxəssislər mavi, narıncı, sarı, yaşıl və çəhrayı rənglərdən istifadə edib. Nəticələrə əsasən, mavi kameralara yerləşdirilən məhbuslar əlavə yorğan tələb etməyə başlayıb. Temperatur dəyişməsə də, onlar kameranın soyuq olduğunu bildirib. Narıncı kameralarda isə əksinə, məhbuslar yorğansız yatıb. Dustaqlar oranın isti olduğunu deyib. Divarları sarı olan kameralarda məhbuslar daha çox kitab oxuyub, şahmat oynayıb və yeni biliklər əldə etməyə maraq göstərib. Yaşıl divarlı kameralarda isə, azadlıqdan məhrum olanlar özlərini həmişəkindən daha sakit və rahat hiss edib.
Lakin ən gözlənilməz nəticəni çəhrayı kamerada saxlanılanlar verib. P-618 adı verilən bu rəng məhbusların aqressiyasının azalmasına səbəb olub. Ona görə də, artıq İsveçrə həbsxanasında bir neçə kamera tamamilə çəhrayı rəngə boyanır və ora ən aqressiv məhbuslar yerləşdirilir.
Saglamolun.Az