Dağılmış skleroz müalicə olunacaq. Mühüm yenilik!

Dağılmış skleroz ağır xroniki sinir sistemi xəstəliyidir.

Dağılmış skleroz qoca insanlarda inkişaf edən "skleroz"dan fərqli olaraq cavan insanlarda (20-40 yaşlar arasında) inkişaf edir.

Hal hazırda bu xəstəlik kifayət qədər yayılmış sayılır və ildən ilə bu xəstəlikdən əziyyət çəkən insanların sayı artır. Dağılmış sklerozun əsas təhlükəsi ondan ibarətdir ki, bu xəstəliyin nəticəsində insan əlil qala bilər, ific ola bilər.

İndiyə qədər dağılmış skleroz tam müalicə olunmurdu. Bəzi müalicə tədbirlərinin köməyi ilə həkimlər xəstəliyin simptomlarını yalnız azalda bilirdilər. Lakin nəticədə bir çox xəstələr əlil qalırdı.

The Telegraf agentliyi xəbər verir ki, İngiltərə alimləri bu xəstəliyin müalicəsində mühüm yeniliyə imza atıblar. Yeni metodikaya əsasən xəstəyə kimyaterapiya təyin olunur, sonra isə sümük iliyi köçürülür.

Nəticədə əlil arabasında hərəkət edən insanlar yenidən yeriməyə başlayır, xəstəliyin inkişafı isə dayanır. Xəstənin vəziyyəti transplantasiyadan dərhal sonra yaxşılaşır.

Araşdırmalar 3 il bundan əvvəl başlayıb. Araşdırmada iştirak edən xəstələrdən biri Stiven Stori xəstəlikdən əvvəl triatlonla məşğul olurdu, marafonlarda iştirak edirdi. Lakin dağılmış skleroz nəticəsində idmançı tam iflic olub. Stiven Stori xəbər verir ki, əməliyyatdan 9 gün sonra o, barmağını tərpədə bilib, 10 ay sonra isə 1 km-dən artıq üzə bilib.

Hal hazırda araşdırmalar davam edir.

Saglamolun.Az




loading...

Baş ağrıları haqqında ən vacib məlumatlar