Adi ispanağın bu faydalarına inanmayacaqsınız!

Əslində ispanaq göyərti deyil, yarpaq tərəvəzdir.

İspanaq olduqca faydalı və diyetik məhsuldur. Bütün dünyada qida mütəxəssisləri və diyetoloqalar ən faydalı məhsulların siyahısını tərkib etdikdə mütləq ora ispanağı da daxil edirlər.

Saglamolun.az ispanağın inanılmaz faydalarını sizə təqdim edir.

1. Raş Universitetinin (ABŞ) alimləri sübut edib ki, ispanaq beyinin qocalmasını xeyli ləngidir, Alsheymer xəstəliyinin və demensiyanın qarşısını alır.

2. İspanaq əzələləri daha güclü edir, əzələ toxumasını artırmağa yardım edir.  

3. İspanaq ürəyin sağlamlığını qoruyur. Omeqa-3 maddəsi ilə zəngin olan ispanaq ürək və damar xəstəliklərinin riskini azaldır.

4. Amerika alimləri aşkar ediblər ki, ispanağın müntəzəm istehlakı ürəyin rimini normallaşdırır, aritmiyadan əziyyət çəkənlərə kömək edir.

5. İspanaq tərkibində olan nitratların sayəsində damarları genişləndirir, arterial təzyiqi aşağı salır.

6. Lütein və zeksantin maddələri ilə zəngin olduğundan ispanaq gözlərimiz üçün ən faydalı məhsullardan biridir. İspanaq gözləri yayılmış göz xəstəliyi olan kataraktanın inkişafından  qoruyur.

7. İspanaq arıqlamağa kömək edir.

8. Alimlərin fikrinə görə, ispanaq güclü xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Bu xüsusilə boğaz, qida borusu, dəri və ağciyər xərçənginə aiddir.

9. İspanaq dərinin vəziyyətini yaxşılaşdırır, dərinin qocalmasını ləngidir.

10. İspanaq qidalı liflərlə zəngin olduğundan xolesterinin səviyyəsini aşağı salır, bağırsaqları təmizləyir, bağırsaqların fəaliyyətini gücləndirir, qəbizliyin qarşısını alır.

11. İspanaq maqneziumla zəngindir. Maqneziumun orqanizmdə əskikliyi yaxşı əhvalımıza "cavabdeh olan" serotonin hormonunun səviyyəsinin azalmasına səbəb olur. Bu isə depressiyanın inkişafına gətirib çıxarda bilər.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 10 il

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
İsmixan Mətiyev

İsmixan Mətiyev

Travmatologiya

Travmatoloq-ortoped Tibb elmləri namizədi İş stajı - 20 il

Ətraflı...

 


Яндекс.Метрика