Hər gün 30 dəqiqə sosial mediaya ara vermək...

Almaniyada aparılan araşdırma təəccüblü faktı ortaya çıxarıb.

Sağlamolun.az xəbər verir ki, Rur Universiteti və Alman Psixi Sağlamlıq Mərkəzi tərəfindən aparılan araşdırmada sosial mediadan istifadənin psixi sağlamlıq və iş performansına təsiri məlum olub.
 
Belə ki, araşdırma çərçivəsində hamısı işləyən 166 iştirakçı 2 qrupa bölünüb.
 
Tədqiqatdan əvvəl qruplar arasında iş yükü, işdən məmnunluq, işlərinə bağlılıq, psixi sağlamlıq, stress səviyyəsi, işdən çıxarılma qorxusu kimi mövzularda sorğu keçirilib.
 
Birinci qrup gündəlik sosial media vərdişlərini davam etdirərkən, ikinci qrup 1 həftə ərzində gündəlik sosial media istifadəsini 30 dəqiqə azaldıb.

Məlum olub ki, sosial media istifadəsini gündə 30 dəqiqə azaltmaq psixi sağlamlığı və iş məmnunluğunu əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
 
Bəsti MƏMMƏD
 

Saglamolun.Az