Xlorgeksidin koronavirusun profilaktikasında effektli sayılır. Mütəxəssislər bu məhlulla əlləri silməyi tövsiyə edirlər.
Bu məqsədlərlə 0,5-1%-li xlorgeksidin məhlulundan istifadə olunur.
Saglamolun.az bildirir ki, ucuz və sınanmış antiseptik vasitə xlorgeksidin bir çox hallarda bizə kömək edə bilər.
Xlorgeksidin bir çox mikrob, virus və göbələkləri öldürür.
Tonzillit, faringit və boğaz ağrısı zamanı xlorgeksidin (0,05%) qarqara üçün istifadə olunur. Qarqaradan əvvəl boğazınızı adi qaynanmış su ilə qarqara edin.
Gingivit, stomatit, dişdə flüs, iltihab zamanı, dişin xaric edilməsindən sonra da xlorgeksidinlə (0,05%) qarqara yaxşı kömək edir.
Mütəxəssislər telefonların və digər qəcetlərin ekranlarını xlorgeksidində (0,5%) isladılmış pambıq disklə silməyi tövsiyə edirlər. Həmçinin xlorgeksidin kompüterlərin klaviaturaları və ofis masalarını silmək üçün istifadə olunur. Bununla siz özünüzü bir çox virus və mikroblardan və o cümlədən koronavirusdan qoruya bilərsiniz. Araşdırmalar göstərir ki, qəcetlər və kompüter klaviaturalarının üzərində olan mikroblar və digər patogenlərin sayı hətta unitazların üzərində olanlardan daha çoxdur.
Xlorgeksidin (0,5%) ayaqlarda göbələk və pis ayaq qoxusu ilə mübarizədə yaxşı kömək edir. Xlorgeksidində pambıq isladın və ayaqqabılarının içini və ayaq pəncələrinizi silin (barmaqların arasında olan yerlərə xüsusi diqqət edin).
Xlorgeksidinin (0,5%) köməyi ilə kiçik yara, sıyrıntı, yanıq, kəsikləri dezinfeksiya etmək olar. Həmçinin bu vasitə sızanaqların müalicəsi üçün istifadə oluna bilər.
Xlorgeksidin zöhrəvi xəstəliklər və qadın və kişi cinsiyyət sistemi iltihablarının müalicəsində də istifadə olunur.
Diqqət! Preparatı uzun müddət ərzində istifadə etmək, udmaq olmaz, gözlərə düşməməlidir. Bəzən xlorgeksidin allergik reaksiyalara səbəb ola bilər.
Saglamolun.Az