Sadə qan analizi orqanizmdə qurdları aşkar edir. Həkim məsləhəti

Son zamanlar qurdlar, qurd xəstəlikləri insanlar arasında əsl fobiyaya çevrilib.

İnsanlar kütləvi şəkildə qurdları aşkar etmək üçün bahalı analizlər verir, müxtəlif müayinələrdən keçir.

Lakin adi ümumi qan analizi qurdların orqanizmdə olmasına işarə edə bilər. Bunu tanınmış rus həkimi Aleksandr Myasnikov apardığı "O samom qlavnom" adlı televerlişdə deyib. Həkimin sözlərinə görə, qurdlardan şübhələr yarandlqda ilk növbədə ümumi qan analizi verilməlidir.

Qan analizində leykositlərin bir növü olan eozinofillərin (EOS) miqdarına fikir vermək lazımdır. Eozinofillər orqanizmdə yad zülalları məhv edir. Onların qanda normadan yüksək olması "eozinofiliya" adlandırılır. Eozinofiliya orqanizmdə yad zülalların artmasına cavab olaraq inkişaf edir. "Yad zülallar" o cümlədən qurdlar da ola bilər.

Normada eozinofillərin miqdarı ümumi leykositlərin miqdarında 1-5% təşkil edir. Bu həm kişi, həm qadınlar üçün eynidir.

Eozinofillər 5%-dən aşağıdırsa, bu o deməkdir ki, sizdə qurdlar yoxdur.

5%-dən yüksəkdirsə, eozinofiliyanın səbəbini araşdırmaq lazımdır. Bu o cümlədən qurd xəstəliklərin simptomu ola bilər.     

Saglamolun.Az