Загрузка...

Bu ədviyyat yaddaşı yaxşılaşdırır və arıqlamağa kömək edir

Darçın ən tanınmış və faydalı ədviyyatlardan biridir. Darçının bir çox möhtəşəm xüsusiyyətləri var.

Medicinform.net saytı xəbər verir ki, Amerika alimlərinin son araşdırması darçının yaddaşı və öyrənmə qabiliyyətini yaxşılaşdıran xüsusiyyətini aşkar edib. Bu səbəbdən mütəxəssislər darçını tələbə və şagirdlər üçün xüsusilə faydalı hesab edir və ədviyyatı onlar üçün hazırlanan desertlər və digər qidalara əlavə etməyi tövsiyə edirlər.

Bundan əlavə darçın qanda şəkərin səviyyəsini tənzimləməyə və arıqlamağa kömək edir.

1 stəkan qatığa 1/3 çay qaşığı darçın əlavə edin, qarışdırın və gündə 1 dəfə yeməkdən əvvəl için. Bu vasitə daha tez arıqlamağa kömək edəcək.

Alimlər darçını yağlı qidalara əlavə etməyi tövsiyə edir ki, bu piylərin parçalanmasını sürətləndirir.

Alimlər toz şəklində deyil, borucuqlar şəklində olan darçından istifadə etməyi tövsiyə edirlər. İstifadə etdikdən əvvəl borucuğu üyüdün və qidalara, içikilərə və s. əlavə edin.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика