Gənə dişləmələrinin sayı artıb

Türkiyədə Krım-Konqo Qanamalı Qızdırması (KKKA) halları 2008-ci ildən sonra azalmağa başlasa da, son bir neçə ildə yenidən artıb. Mütəxəssislər xüsusilə iyunun ortalarından iyulun sonuna qədər gənə xəstəliyinin yüksək tendensiyaya malik olmasına diqqət çəkərək, bu dövrdə həddindən artıq ehtiyatlı olmaq lazım olduğu barədə xəbərdarlıq ediblər. 

Prof. Dr. Gürdal Yılmaz bildirib ki, gənənin bədəndə qalma müddəti xəstəliyin gedişatını dəyişir.O, "Xüsusilə yazın gəlişi ilə, və Qurban bayramından sonra bölgəyə axın edən həmyerlilərimizin gənə infeksiyası olaraq tanınan KKKA hadisələrinin artdığını diqqətə çatdırıb. Biz düşünürük ki, bu artımı gözardı etmək olmaz, diqqətli olmaqda fayda var. Unutmamalıyıq ki, KKKA olan xəstələrdə ağırlaşmalar hətta ölüm halları da baş verə bilər. Bölgələrə gedənlər corablarını şalvarının üstünə qədər qaldırsınlar, hər gün bədənlərini diqqətlə nəzərdən keçirsinlər" deyə bildirib.

Gənə dişləməsi hadisələrinin iyun ayının ortalarından iyulun sonuna qədər ümumiyyətlə sıx olduğunu xatırladan Yılmaz, “Bu, ən çox rəqəmlərin olduğu dövrdür. Ölkəmizdə 2002-ci ildən 2008-ci ilə qədər görülən hallarda artım tendensiyası müşahidə olunur. 2008-ci ildən sonra azalma halları müşahidə edilsədə, son bir neçə ildə yenidən artım müşahidə olunur.  2015-2016-cı illərdə 10-15 xəstə olduğu halda, 2020-ci illərdən sonra bu rəqəm ildə 30-40-a yüksəlib. Bəzi hallarda ölüm baş verə bilir. KKKA illərdir mövcuddur. Əvvəlcə Krımda, sonra Konqoda, daha sonra İran və Əfqanıstanda baş verən xəstəlik, ölkəmizdə də 2002-ci ildən müşahidə olunur. Əvvəllər, ciddi ölüm hallarına səbəb olan bu xəstəliyin artması yenidən 2002ci illərdəki hallara səbəb ola bilər.  Ona görə də insanlarımızı KKKA ilə bağlı diqqətli olmağa çağırırıq”, - deyə o bildirib.

Saglamolun.Az