Şri-Lankanın paytaxtı Kolomboda bir xəstədən çıxarılan böyrək daşı həkimləri təəccübləndirib. 801 qram çəkisi olan bu daş "dünyanın ən böyük" və "dünyanın ən ağır böyrək daşı" olmaqla iki ayrı kateqoriyada Ginnesin Rekordlar Kitabına daxil olub.
62 yaşlı təqaüdçü əsgər Canistus Coonghe qarın ağrısı səbəbindən Kolombo Hərbi Xəstəxanasına gedib.
Böyrəyində daş aşkarlanan Coonghe iyunun 1-də əməliyyat olunub.
Əməliyyatda həkimlər xəstənin böyrəyindən uzunluğu 13,3 santimetr, eni 10,5 santimetr və çəkisi 801 qram olan daş çıxarıblar.
Qeyd edək ki, bundan öncə "dünyanın ən böyük" böyrək daşı rekordu 620 qramlıq olub. 2008-ci ildə Pakistanda bir xəstədən çıxarılan bu böyrək daşının rekordunu indi 801 qramlıq böyrək daşı ilə Şri-Lanka vətəndaşı yeniləyib.
Sevinc Hüseynova
Saglamolun.Az