Загрузка...

Mioma və hamiləlik

Təəssüf ki, miomalar qadınlarda hamilə qalmaq şansını azaldır.

Məsələ burasındadır ki, miomalar (xüsusilə böyük ölçüdə olanlar) uşaqlıq boşluğunu deformasiya edir, uşaqlıq borularını sıxır və nəticədə spermatozoidlərin hərəkətini çətinləşdirir. Bundan əlavə mioması olan qadınlarda bir çox hallarda hormonal fon pozulmuş olur ki, bunun nəticəsində qadında ovulyasiya baş verməyə bilər. Sadaladığımız amillər qadında sonsuzluğa gətirib çıxara bilər.

Lakin uşaqlığın əzələ qatında yerləşən kiçik miomalar  adətən hamiləliyin baş verməsinə və onun gedişatına mane olmur.

Həkimlər mioması olan qadınlara hamiləliyin planlaşdırılması mərhələsində miomanı müalicə etmək və ya bəzi hallarda hamiləlikdə əvvəl miomanı xaric etmək tövsiyə edirlər. Miomanın xaric olunmasından 6 ay sonra qadın hamiləliyi planlaşdıra bilər.

Bəzi hallarda mioma məhz hamiləlik zamanı qadında aşkar olunur. Bu halda qadın bilməlidir ki, mioma hamiləliyin gedişatına mənfi təsir edə bilər - hamiləliyin pozulmasına, ciftin çatışmazlığına və s. səbəb ola bilər.

Miomatoz düyünlər uşaqlığın tonusunun artmasına səbəb ola bilər ki, nəticəsində dölsalma baş verə bilər. Əgər cift  miomaya yaxın yerləşmiş olarsa, bu onun normal inkişafını poza bilər ki, nəticədə cift vasitəsilə qidalı maddələrin və oksigenin dölə çatdırılması olduqca çətinləşir, döldə hipoksiya (oksigenin çatışmazlığı) inkişaf edə bilər. Bəzi hallarda ciftin miomaya yaxın yerləşməsi onun qopmasına səbəb ola bilər.

Belə pozulmaların inkişafı riski bu kimi hallarda artır:

-  mioma böyük olduqda (7 sm-dən artıq),

- mioma uşaqlıq boynuna yaxın yerləşdikdə,

- qadında bir neçə miomatoz düyün olduqda,

- cift miomaya yaxın yerləşdikdə.

Təəssüf ki, heç bir həkim və heç bir müayinə miomanın hamiləlik zamanı "özünü necə apardığını" dəqiq proqnozlaşdıra bilməz. Mioma hamiləlik zamanı böyüyə və ya əksinə kiçilə bilər, onun ölçüləri dəyişməyə bilər. Miomanın ölçüləri hamiləlik zamanı sürətlə böyüdükdə, uşaqlıq boşluğunda "darısqallıq" yaranır ki, nəticədə dölsalma baş verə bilər.

Mioması olan qadın hamiləliyin əvvəlindən sonuna kimi həkimlərin nəzarətində olmalı, fiziki gərginliklərdən və streslərdən uzaq olmalı, kifayət qədər yatmalı və dincəlməlidir, tam dəyərli qidalanmalıdır.

Mioması olan qadında doğuş zamanı bəzi ağırlaşmalar (doğuş fəaliyyətinin zəif olması, ciftin uşaqlıq boşluğundan tam çıxmaması və s.) inkişaf edə bilər. Düyün uşaqlıq boynuna yaxın yerləşdikdə, təbii doğuş mümkünsüz ola bilər və qadına qeysəriyyə kəsiyi əməliyyatı təyin oluna bilər.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#15 Administrator 18.07.2014 15:55
1. Sizdə prolaktinin səviyyəsi yüksəkdir. Bu səbəbdən həkim dostineks təyin edib.
2. Miomalar çox kiçikdir. Onlara sadəcə nəzarət etmək lazımdır. 1 ildə 2 dəfə USM-dən keçməlisiniz.
Allah şəfa versin!
#16 saida_saida 14.08.2014 16:22
salam doktor ele sonuncu werhleri de men yazmiwam.evvel de bildirdiyim kimi doktor prolaktinim cox idi deye mene dostineks yazmiwdi. 8tabletka qebul etdim heftede 2 defe olmaqla.aybawi vaxtimdan 8 gun kecmiwdi test etdim pozitiv cixdi.qandan analiz verdim orda da pozitiv cixdi.beta hcg 2371,7 cixdi.bu hamilelikdir ya dermanin tesiridir.dosti neks qebul ede ede hamile qalmaq mumkun idi ki.dermanin qebulunu 1 heftedir qurtarmiwam
#17 Administrator 15.08.2014 15:38
bu linkə keçib ginekoloqa sual verin: http://saglamolun.az/index.php/ginekologiya/1410-firuze-ceferzade.html

Загрузка...

HƏKİMLƏR

Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика