Bu virusa qarşı vaksin hazırlandı

Avropada hər il Respirator Sinsitial Virusdan  (RSV)  270 min insan xəstəxanaya yerləşdirilir və 20 min insan həyatını itirir.

Avropa Komissiyası qrip və soyuqdəymə ilə oxşar tənəffüs xəstəliklərinə səbəb olan bu virusa qarşı hazırlanmış peyvəndi təsdiqləyib.

Peyvəndin ilk dozasının payızda, qış mövsümünə qədər hazır olacağı gözlənilir. Peyvəndi istehsal edən İngilis əczaçılıq şirkəti Avropanın peyvənd əldə etməsinin milli tövsiyələrdən və ödəniş müzakirələrindən asılı olduğunu bildirib.

Respirator Sinsitial Virusunun simptomları soyuqdəymə və qripə oxşardır. Körpələrdə, yeniyetmə uşaqlarda və yaşlılarda pnevmoniyaya səbəb ola bilər.

Sözügedən peyvənd 60 və yuxarı yaş qrupunu qorumaq məqsədi daşıyır.

Qeyd edək ki, Respirator Sinsitial Virus ağciyərləri və tənəffüs yollarını zədələyən yüksək yoluxma qabiliyyətinə malik virusdur. Bir çox uşaqlar təxminən 2 yaşında bu virusa yoluxurlar. Lakin hər bir insan yaşından asılı olmayaraq bir neçə dəfə bu xəstəliyə youxa bilər. RSV əsasən orta ağırlıqlı, soyuqdəyməyə bənzər simptomlarla – öskürək, asqırmaq, qızdırma və burun axması kimi əlamətlərlə keçir. Uşaqlarda və yetkin şəxslərdə RSV səbəbi ilə pnevmoniya ə bronxioit kimi ağır xəstəliklər yarana bilər. RSV ətrafdakı xəstə insanın öskürməsi, asqırması yolu ilə ya da xəstə insan ilə eyni qablardan və əşyalardan istifadə etdikdə yoluxur.

 

 

medicalmedia.az 

Saglamolun.Az