Bu 3 məhsul qandakı xolesterini aşağı salır

Kətan toxumu - qandakı xolesterini aşağı salan məhsullardan biridir. Kətan toxumunun tərkibində Omeqa-3 vardır.

Bunu bilmək lazımdır ki, Omeqa-3 maddəsi qandakı xolesterini tənzimləyər və qan dövranını yaxşılaşdırar. Omeqa 3 həm də beyin və ağciyərlərin qorunması üçün lazımlıdır. Tövsiyə olunur ki, kətan toxumunu üyüdüb salatlara və digər yeməklərə əlavə edəsiniz. Kətan toxumunu üyüdüb bir şüşə qaba yığın, sonra isə yeməklərinizin üstünə duz kimi səpin.

İkinci məhsul sarımsaqdır. Sarımsaq elə bir tərəvəzdir ki, qan damarlarındakı yağ yığımını azaldar. Ona görə də qan sürətlə hərəkət edə bilir. Diqqət edin ki, sarımsaq antibiotik bir maddədir. Soyuq havalarda bədənimizin immun sistemini yüksəldər.

Sarımsaqdan ən sadə şəkildə belə istifadə edə bilərsiniz. Bir tikə çörək götürüb üzərinə sarımsaq sürtün və onun da üzərinə pomidor dilimi və onun da üzərinə bir qədər də zeytun yağı töküb, istifadə edin. Nə qədər ləzzətli olduğunu görəcəksiniz.

Ya da bir neçə diş sarımsağı bir şüşə qaba qoyun və üzərinə rozmarin bitkisinin yarpağını və zeytun yağını tökün. Bir neçə həftə soyuducuda saxlayın. Sonra bu yağdan və sarımsaqdan istifadə edin.

Deyerler.org bildirir ki, üçüncü məhsul sarıkökdür. Sarıkök elə ədviyyatlardandır ki, ondan daim istifadə etmək lazımdır. Sarıkök qandakı yağlılığı azaldar. Bu maddə anti-oksidantdır. Ona görə də hüceyrələrin qocalmasına mane olar və xərçəng xəstəliyinin qarşısını alar.

Sarıkök elə ədviyyatdır ki, hər bir yeməkdə ondan istifadə etmək olar.

Saglamolun.Az

........




loading...

HƏKİMLƏR

Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...

 


Яндекс.Метрика