Qalxanvari vəzi düyünləri

Qalxanvari vəzi düyünləri bu orqanın ən çox yayılmış patologiyalardan biridir.

USM zamanı insanların təxminən yarısında bu düyünlər aşkar oluna bilər. Əksəriyyət hallarda (95 %) bu düyünlər xoşxassəlidir və yalnız 5% insanlarda bu düyünlər bədxassəli olur. (xərçəng).

Hal hazırda tibb elmində sübut olunumuşdur ki, qalxanvari vəzidə olan xoşxassəsi düyünlər vaxt keçdikcə xərçəngə çevrilmir.

Düyünün xoş - və ya bədxassəsli olmağını təyin etmək üçün biopsiya prosedurası keçirilir. Bunun üçün nazik iynə ilə düyünün çox kiçik mikroskopik hissəsi götürülür və xüsusi analizə göndərilir. Belə analiz qalxanvari vəzidə olan düyünün ölçüləri 1 sm-dən böyük olan insanlar üçün vacib sayılır. Əgər düyünün ölçüsü 1 sm-dən kiçikdirsə, bu zaman əksəriyyət hallarda heç bir xüsusi müalicə tələb olunmur və insan yalnız ildə 1 dəfə USM-dən və endokrinoloqun müayinəsindən keçməlidir. Lazım olduqda həkim qanda qalxanvari vəzi hormonlarının səviyyəsini yoxlamaq üçün xəstəni analizə göndərə bilər. Bu düyünün dəyişməsinə nəzarət etmək üçün çox vacibdir. Düyünün ölçüləri böyüməyə başladıqda və ya düyündə digər dəyişikliklər əmələ gəldikdə, insana  biopsiyanın keçirilməsi təyin oluna bilər.

Bəzi hallarda düyünləri daha kiçik ölçülərdə (1 sm-ə kimi) olan insanlara endokrinoloq tərəfindən biopsiya təyin oluna bilər. Bu yaxın qohumları arasında qalxanvari vəzi xərçəngi olan və həmçinin radiasiya təsirinə məruz qalmış insanlara aiddir. Bundan əlavə USM zamanı həkim düyündə xərçəngə işarə edən dəyişikliklər aşkar etdikdə, xəstəni biopsiyaya göndərə bilər.

Əgər biopsiya zamanı düyünün xoşxassəli olması təsdiq olunarsa, həkim endokrinoloq xəstəyə lazım olan müalicə təyin edə bilər. Lakin bir çox hallarda qalxanvari vəzidə yalnız belə düyünün olması heç bir xüsusi müalicə tələb etmir.

Əgər düyünlərin olması insanda heç bir şikayətlərə, narahatçılığa və (və ya) qalxanvari vəzinin hormonal fonun pozulmasına səbəb olmursa, belə düyünlərə "simptomsuz" düyünlər deyilir və belə düyünlər müalicə tələb etmir.

Lakin bəzi hallarda hətta xoşxassəli şişlər cərrahiyyə yolu ilə müalicə olunmalıdır. Bu aşağıdakı vəziyyətlərdə vacib hesab olunur:

- böyük düyün traxeyanı sıxırsa və bu xəstədə boğulma hissinin əmələ gəlməsinə səbəb olursa;

- böyük düyün xəstədə udma prosesinin pozulmasına səbəb olursa.

Boyun orqanlarının sıxılması kompüter tomoqrafiyası vasitəsilə təsdiq olunur.

- çox böyük ölçülərdə olan düyün xəstənin xarici görünüşünü gözəçərpan dərəcədə  korlayırsa və ciddi kosmetik defekt əmələ gətirirsə;

- əgər düyün nəzarətsiz şəkildə hormonları ifraz etməyə başlayıbsa (toksiki düyün formalaşıbsa). Bunun nəticəsində xəstədə tireotoksikoz (qanda qalxanvari vəzi hormonların səviyyəsi normadan artıq qalxması) inkşaf edir ki, bu isə öz növbəsində xəstənin səhhətində müxtəlif pozulmalara səbəb olur.

Bütün digər hallarda qalxanvari vəzidə simptomsuz xoşxassəli düyünün olması cərrahiyyə müalicəsi üçün göstəriş sayılmır.

Biopsiya zamanı düyünün bədxassəli olması təsdiq olunarsa, xəstəyə cərrahiyyə müalicəsi təyin olunur.

Mənbə: И.В.Слепцов. Операции на щитовидной железе: пособие для пациентов.

Saglamolun.Az