Загрузка...

Yumurtalıqların xərçəngi

Yumurtalıqların xərçəngi bədxassəli şiş olub qadın yumurtalığının hüceyrələrindən inkişaf edir. Əlbəttə ki, yumurtalıq şişlərinin heç də hamısı bədxassəli olmur.

Onların bir çoxu xoşxassəli də ola bilir. Metastaz (orqan və toxumalara yayılma) verməyən xoşxassəli bu şişlər cərrahi üsulla xaric olunmaqla müvəffəqiyyətlə müalicə olunurlar.Yumurtalıqların xərçənginin dəqiq yaranma səbəbləri indiyə qədər də məlum deyil. Həkimlər bu xəstəliyin əmələ gəlməsində bir sıra təhlükə (risk) faktorlarının rolunu qeyd edirlər:

 

- yaş faktoru (yumurtalıqların xərçəngi əksər hallarda qadınlarda aybaşı tsikli qurtardıqdan - 55 yaşından sonra baş verir);

- mayalanmaya kömək edə biləcək dərmanların uzun bir müddət ərzində nəticəsiz olaraq tətbiq edilməsi;

- sonsuzluq (hətta yuxarıda göstərilən dərmanlardan istifadə edilmədikdə belə);

- irsi faktor (yumurtalıqların xərçəngi olan yaxın qohumların olması);

- keçmişdə süd vəzi xərçənginin keçirilməsi;

- menopauzadan sonra uzun müddət (10 il və daha çox) ərzində əvəzedici müalicə məqsədi ilə estrogenlərin dərman şəklində qəbul edilməsi.

Yumurtalıq xərçənginin gedişi prosesində əsas narahatedici faktor, ilkin dövrlərdə onun praktik olaraq əlamətsiz keçməsidir! Məhz buna görə də onun ilkin dövrlərdə aşkar edilməsi çox nadir hallarda baş verir. Xəstəliyin ilkin dövrlərdə aşkar edilməsi, istənilən onkoloji xəstəliyin ilkin dövrlərdə aşkar edilməsi kimi, uğurlu müalicə aparılması ehtimalını xeyli dərəcədə artırır! Bu xəstəliyin ilkin dövrlərdə diaqnostikası üçün, mütəmadi olaraq ginekoloq tərəfindən aparılan profilaktik müayinələrin əvəzedilməz böyük rolu vardır!

Bundan başqa, qadınlar öz orqanizmlərinə çox diqqətlə yanaşmağı öyrənməli və öz bədənlərində hər hansı bir şübhəli əlamətlər yarandığı hallarda (məsələn, qarının ölçüsünün artması, tezləşmiş sidik ifrazı, qəbizlik, uşaqlıq yolundan qan qarışıqlı ifrazatın olması, çanaq nahiyəsində hər hansı bir təzyiq hissiyyatının olması, beldə və ya qarında ağrıların olması, dölyaratma qabiliyyəti olan qadınlarda qeyri-mütəmadi aybaşının olması və s.) təcili olaraq həkimə müraciət etməlidirlər. Əlbəttə ki, sadalanan bütün bu əlamətlər heç də qadında məhz yumurtalığın xərçənginin olmasına dəlalət (subut) etmir və nəticə etibarı ilə hər hansı bir digər, daha az təhlükəli hesab edilən xəstəliyin əlamətləri də ola bilər. Ancaq bu halda qadının hər ehtimala qarşı, həkimə müraciət etməklə, özünü daha ağır xəstəliklərin olmasından sığortalaması daha vacib hesab edilir.

Yumurtalığın xərçənginin qadınlarda, əsasən menopauzadan sonrakı (aybaşı tsiklinin tam kəsilməsi) dövr üçün xarakterik olması barədə biz məlumat vermişdik. Əfsuslar olsun ki, bir çox qadınlar bu dövrdə təhlükədən uzaq olduqlarını düşünərək, profilaktik məqsədlə vaxtaşırı olaraq həkim-ginekoloq tərəfindən müayinədən keçmələrini vacib hesab etmirlər. Bu isə tam səhv fikir olub çox təhlükəlidir! Yumurtalığın xərçəngi və həmçinin digər təhlükəli xəstəliklər məhz bu yaşda olan qadınlar üçün xarakterikdir. Beləliklə, yalnız xərçəng xəstəliyi deyi, cinsi sistemin digər xəstəliklərinin vaxtında diaqnostikası üçün qadınlar bütün həyatları boyu (!!) mütəmadi olaraq ginekoloqun müayinəsindən keçməlidirlər.

Adi ginekoloji müayinə zamanı qadında xərçəng xəstəliyinə şübhə yarandığı halda həkim onu ilk növbədə ultrasəs müayinəsinə (USM) göndərir. USM zamanı şiş aşkar olduğu halda, onun xoşxassəli və ya bədxassəli (xərçəng) olmasını müəyyən etmək məqsədi ilə şiş toxumasından götürülən materialın (biopsiya) laborator müayinəsi aparılır. Bundan daha dəqiq müayinə üsulu isə hələ ki, mövcud deyil. Şiş toxumasından nümunənin götürülməsi (biopsiya) isə ya uşaqlıqdan daxil olmaqla, ya da laparoskopik yolla qarın divarını deşməklə alına bilər.

Yumurtalığın xərçənginə şübhə olan qadınlarda, digər orqanlara metastazların olmasını istisna etmək üçün, əlavə olaraq mədə-bağırsaq sisteminin kontrast rentgen müayinəsi, həmçinin süd vəzilərinin lazımi müayinələri də aparılır. Bəzi tələb olunan hallarda isə həkim tərəfindən qarın boşluğunun kompüter və ya nüvə-maqnit-rezonans tomoqrafiyası müayinəsi də təyin edilə bilər. Yumurtalığın xərçənginin əsas müalicəsi onun cərrahi yolla xaric edilməsidir. Proses qonşu orqanlara da keçmiş olduğu halda, əməliyyat zamanı bəzən həkimlər hər iki yumurtalığı, uşaqlıq borularını da xaric etməli olurlar. Yumurtalıqların xərçəngi zamanı, həmçinin şiş əleyhinə xüsusi kimyəvi dərman preparatlarından istifadə edilməklə, kimyəvi terapiya və şüa terapiyası da tətbiq edilə bilər.

Yumurtalığın xərçəngi – çox təhlükəli xəstəlikdir. Onun müalicəsi nə qədər tez başlanmış olarsa, o qədər də effektli olar!


Saglamolun.Az

.....

.
.

Şərhlər  

#1 Nuray 14.08.2012 15:47
Funksial kistalar dermandan yarana biler?
#2 Administrator 14.08.2012 16:58
Hörmətli oxucumuz!
Funksional kistaların əmələ gəlmə səbəbləri hələ ki dəqiq təyin olunmayıb. Lakin həkimlər bir sıra risk faktorlarını qeyd edirlər (daha ətraflı məlumat məqalədə verilir).
#3 hemide 08.05.2013 15:52
yumurtaliqda dermoid kista xercenge cevrilme riski nece %di? ve o nece ile xercenge cevrile biler?
#4 Administrator 09.05.2013 11:18
Hörmətli Həmidə xanım!
Bəli, belə təhlükə var. Lakin dermoid kistanın xərçəngə çevrilməsi müddətini heç bir həkim proqnozlaşdıra bilməz. Bundan əlavə dermoid kistası müxtəlif ağır fəsadlar verə bilər - irinləmə, burulma və s. Böyük ölçüdə olan kista ağrılara, qəbizliyə, ishala, sidik ifrazının tezləşməsinə və s. hallara səbəb ola bilər.
#5 Xanim 28.05.2013 08:44
Salam. Əgər uşaqlıqdakı şiş bəd xassəli olarsa xəstənin yaşama riskini necə qiymətləndirirs iz? Yəni əməliyyatdan sonra təxminən neçə il yaşamaq mümkündür?
#6 Administrator 29.05.2013 10:01
Hörmətli Xanım xanım!
Bu xəstəliyin mərhələsindən asılıdır. Xəstəliyin ilkin mərhələlərində müalicə olunduqda qadın tam sağala bilər.
Allah şəfa versin!

HƏKİMLƏR

Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика