Balaca qız iquanadan qəribə infeksiyaya yoluxdu

İquana dişləyən kiçik qızda sirli infeksiya aşkar edilib.

Latın Amerikasında Kosta-Rikadada ailəsi ilə tətildə olan kiçik qız iquana tərəfindən dişləndikdən sonra müəmmalı infeksiyaya yoluxub.

Hazırda 4 yaşında olan Lena Marsın başına gələnlər Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək 33-cü Avropa Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Konqresində nümayiş etdiriləcək təqdimatda izah ediləcək.

Təqdimatı hazırlayan tibbi mikrobioloq Jordan Kit Mah 2022-ci ilin mart ayında baş verən hadisədə Marsın çimərlikdə oturarkən tort yediyini söyləyib. Bu zaman peyda olan iquana tortu oğurlamaq üçün uşağın sol orta barmağını dişləyib və deserti götürüb qaçıb.

Kosta-Rikada yayılmış iquanaların adətən meyvə və yarpaq yeyən və günəş vannası qəbul edən ot yeyən heyvanlar olduğu bilinir.

Bölgədəki klinikaya aparılan Marsa dezinfeksiya edilib və ona amoksisillin adlı antibiotik verilib. Bundan sonra qızın barmağındakı yara sağalıb.

Lakin 5 aydan sonra ailə uşağın barmağında sikkə böyüklüyündə şişin olduğunu görüb.

Topuğu ultrasəs ilə araşdıran həkimlər bunun qanqlion kistası ola biləcəyini düşünüblər. Bilək kisti olaraq da bilinən qanqlion kisti, oynaq və ya tendon üzərində əmələ gələn maye kisəsidir.

Lakin daha sonra şiş böyüyəndə və Mars əlinin ağrımağa başladığını bildirdikdə ailə ortopedə müraciət edib. Həkim 2022-ci ilin noyabrında 2 santimetrlik kütləni çıxararaq müayinəyə göndərib. Təhlillər nəticəsində məlum olub ki, uşaq Mycobacterium marinum adlı bakteriyaya yoluxub.

Mycobacterium marinum şirin su və dəniz balıqlarını yoluxdurduğu bilinən bir orqanizmdir. Bu, insanlarda vərəmə səbəb olan Mycobacterium tuberculosis bakteriyası ilə sıx əlaqəli olsa da, insanlarda xəstəlik törətmir.

Uşaq daha sonra rifampin və klaritromisin adlı antibiotiklərlə müalicə olunub. Amma hələ də tam sağalmayıb.

Tibbi mikrobioloq Mah bildirib ki, vərəm olmayan mikobakteriyalar təbiətdə kifayət qədər geniş yayılıb.

Bəziləri bu kimi dəri və yumşaq toxuma infeksiyalarına səbəb ola bilər.

Qeyd edək ki, sürünənlər salmonella da daxil olmaqla bəzi yüksək zəhərli orqanizmləri daşıyırlar. Bu səbəbdən sürünənlərlə təmasdan sonra həmişə əllərin yuyulması tövsiyə olunur.

 

medicalmedia.az 

Saglamolun.Az