Koronavirus, qripp və soyuqdəymədən qoruyan sadə qaydalar. Tanınmış professor izah edir

Tanınmış rusiyalı həkim, tibb elmləri doktoru, professor Vladimir Nikiforovun sözlərinə görə, əlləri mümkün qədər tez-tez yumaq istənilən virus və soyuqdəymədən qoruyan ən sadə qaydadır.

Lakin professor xəbərdarlıq edib ki, əlləri adi sabunla yumaq lazımdır. Daim dezinfeksiyaedici vasitələrdən, spirtdən istifadə etmək ziyanlıdır. Bu vasitələrdən sui-istifadə ekzemanin inkişafına səbəb olur. Bunun səbəbi dərinin təbii qoruyucu qatın, mikrofloranın pozulmasıdır.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, professorun sözlərinə görə, maskalar da viruslardan müəyyən dərəcədə qoruyur. Çöldə maskanın taxılması mənasız və hətta ziyanlıdır, açıq havada viruslar tez məhv olur, nəm maska ilə bir müddətdən sonra özü infeksiya mənbəyinə çevrilir.

Maskaları qapalı yerlərdə, nəqliyyatda taxmaq lazımdır. Nəzərə alın ki, maskanı hər 1,5 saatdan bir dəyişmək, maskanı çıxardıqdan sonra əlləri sabunla yumaq lazımdır.

Professor Nikiforov açıq havada gəzməyi, evin havasını tez-tez dəyişməyi, evin döşəmlərini gündə bir neçə dəfə silməyi tövsiyə edir.

Epidemiyalar zamanı insanların çox olan yerlərdən mümkün qədər uzaq olmaq lazımdır.

Həmçinin kifayət qədər su içmək və meyvə-tərəvəz, göyərti kimi təbii vitamin mənbələrinin istehlakını artırmaq lazımdır.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...