“Qazaxıstanda 4 günlük iş həftəsi ilə bağlı qəbul olunmuş qərar heç də bütün sahələrdə məcburi şəkildə 4 günlük iş həftəsi olacağı anlamına gəlmir. Qazaxıstan Respublikasının Əmək Məcəlləsində edilmiş dəyişikliyə əsasən, tərəflərin razılığı ilə əmək müqaviləsi beş günlük və ya altı günlük iş həftəsi ilə əvəzlənmək hüququ ilə dörd günlük iş həftəsi təyin etməyə imkan verir. Bu, sadəcə qarşılıqlı razılıq əsasında əmək müqaviləsində dəyişiklik etməklə mümkün olacaq məsələdir”.
Bu sözləri Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat Azərbaycan da 4 günlük iş həftəsinin tətbiqi barədə təkliflərə isə belə cavab verib: “Hesab edirəm ki, gələcəkdə mümkün olmayan bir məsələ yoxdur. Subyektiv fikrim isə budur ki, 4 günlük iş həftəsinin tətbiqindən daha vacib məsələ yeni iş yerlərinin yaradılması və işsiz vətəndaşların işlə təmin edilməsidir. Bunun üçün daha çox sənaye sahələri, xüsusilə regionlarda emal sənayesi müəssisələri açılmalıdır. Hamı təminatlı işlə təmin olunanda əhalinin rifahı daha da yaxşılaşar. Amma dünya praktikasında insanlar hələki 5 günlük iş həftəsi ilə çalışırlar. Hətta dünyanın inklişaf etmiş ölkələrində də belədir”.
Mənbə: Pravda
Saglamolun.Az