Kivinin daha bir faydası məlum oldu - Psixi pozğunluğu...

Elm adamlarının apardığı araşdırmalar zamanı kivinin psixi pozğunluğu aradan qaldırdığı və ruh halını yaxşılaşdırdığı məlum olub.

Sağlamolun.az xarici KİV-ə istinadən bildirir ki, buna səbəb kivinin daxilində çoxlu C vitamini olmasıdır.

Kivi yeyən insanın 4 gündə hüzuru artarır və ruh halının yaxşılaşır. Kivinin tərkibindəki C vitamini digər meyvələrdən daha çoxdur.

Yeni Zelandiyanın Otago Universitetinin alimləri C vitamini az olan 155 nəfər üzərində 8 həftə araşdırma aparıb.

Təcrübədə iştirak edənlər gündəlik olaraq iki kivi yeyiblər.

8 həftə bitəndə iştirakçılara anketlər verilib və onların özlərini necə hiss etdikləri barədə sualları cavablandırmaları tələ olunub.

Bu barədə "British Journal of Nutrition"da məlumat yayımlanıb.

Kivinin 4 gün ərzində ruh sağlığını yaxşılaşdırdığı məlum olub. O da məlum olub ki, kivi yemək bədəndəki C vitaminini 14-16 gün ərzində tamamilə yüksəldir. 

Saglamolun.Az